10,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,79 AZN
1 EUR = 1,89 AZN
10 RUB = 0,31 AZN

описние


» » Məhkəmə icraçıları 10 yaşlı qızı zorla atasına qaytardılar - Qubada - VİDEO


Məhkəmə icraçıları 10 yaşlı qızı zorla atasına qaytardılar - Qubada - VİDEO

06.01.2017 23:45
admin

Sosial şəbəkədə yayılan görüntülərdə məhkəmə icraçılar məhkəmənin qərarı ilə uşağı anasından alaraq atasına verməyə çalışır. Lakin atası ilə yaşamaq azyaşlı qız müqavimət göstərir. 

ATV.az olaraq məsələni araşdırdıq. Məlum oldu ki, videodakı qız 11 yaşlı Nuray Əvəz qızı Bayramzadədir. Onun ana deyərək səsləndiyi qadın isə xalasıdır. O, illərdir xalası ilə birlikdə yaşayıb və onu ana kimi qəbul edib. Atasını isə ilk dəfə məhkəmə salonunda görüb.

Nurayın xalası Mehriban  Mustafayeva  ATV.az-a  açıqlamasında bildirib ki, bacısı  2004-cü ildə Əvəz Bayramzadə ilə ailə həyatı qurub. Bu, Əvəz Bayramzadənin üçüncü evliliyi olub. Onlar 2 il evli qalıblar. Uşaq dünyaya gəldikdən sonra qadının bədənində şiş yaranıb. Həkimə müraciət etdikdə məlum olub ki, bu, bədxassəli şişdir. Qadın xəstə olduğu üçün həyat yoldaşı ondan ayrılıb.

Nuray və anası xalasına sığınıblar. Nurayın anası müəllimə olsa da, xəstəliyi səbəbilə sonradan işləyə bilməyib. Bacısı onun müalicəsi, sağalması üçün evini satıb, bütün imkanını səfərbər edib.  Sonra məcbur olub uşağın atası ilə əlaqə saxlamlı olub. Lakin ata qızını və həyat yoldaşını qəbul etməyib:

“2011-ci ilin oktyabrın 6-da atası Nurayı almaq üçün bizi məhkəməyə verdi. İlk məhkəmə prosesi 2011-ci ilin oktybrın 13-də keçirilib. Uşaq hazırda 11 yaşın içərisindədir və atası bir dəfə də olsun onunla maraqlanmayıb, aliment verməyib”.

Uşaq hazırda xalasının yanındadır. Mehriban xanım qeyd edib ki, məhkəmədə baş verən hadisədən sonra uşaqda psixoloji problemlər ortaya çıxıb. O, indi qorxudan heç yerə tək gedə bilmir. 

Məsələ ilə əlqədar prosesin gedişatında iştirak edən Quba rayon İcra şöbəsinin icra məmuru Ümüd Məsimovla əlaqə saxladıq. O, bildirdi ki, məhkəmənin qərarı olduğu üçün, məhkəmə icraçıları prosesi icra etməyə məcburdur:

“Mən də razıyam, baş verən hadisələr düzgün deyil. Amma qərarı məhkəmə verib. Biz sadəcə icra prosesini həyata keçirmişik”.

Psixoloq Elnur Rüstəmov bildirdi ki, uşağın yeniyetməliyə qədəm qoyduğu bir zamanda belə bir hadisə ilə üz-üzə qalması,  gələcəkdə onun bir sıra psixoloji problemlər yaşanmasına təsir göstərəcək:

“Onun doğma atası isə münsibətlərinin necə olacağı helə sual altınadır. Əslində, bu məsələdə həm xalanın, həm də atanın günahı var. Əgər belə bir məsələ ortaya çıxmışdısa, hadisələr məhkəməyə kimi həll olunmalı idi. Söhbət uşağın taleyindən gedirsə, tərəflər ortaq məxrəcə gəlməli idilər. Yəni, proses bu səviyyəyə çatmaya bilərdi. Hadisənin psixoloji tərəfinə gəldikdə isə, bu uşağın gələcəkdə çox böyük psixoloji sarsıntılara qarşılaşması danılmazdır. Bundan sonra çox yaxşı olardı ki, uşaq psixoloji dəstək alsın”.

Günay Məryəm

Rauf Bayram 

Xəyalə Məmmədova /ATV.az

Mənbə: news.atv.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив