17,3 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,91 AZN
10 RUB = 0,3 AZN

описание


» » Kirayədə qalan köçkün ailəsinin mənzili başqasına verilib


Kirayədə qalan köçkün ailəsinin mənzili başqasına verilib

05.01.2017 23:52
admin
«Qaçqınkom»dan bildiriblər ki, evləri icra hakimiyyətinin siyahısı üzrə paylayıblar

Ağdam rayonundan məcburi köçkün Əsgərov Dilqəm İbrahim oğlu “Bizim Yol”a  etdiyi müraciətdə iddia  edib ki, onlara verilməli olan mənzil başqa ailəyə verilib. O bildirir ki, 7 nəfərlik ailə üzvü ilə hazırda Bərdə rayonu, M.Rəsulzadə küçəsi ev 61 ünvanında kirayədə qalırlar: “Atam vəfat edib. Anam Əsgərova Şüşə Cəlil qızı mənzillə təmin olunmağımız üçün müraciətlər edib. 2015-ci ildə Bərdə rayonu ərazisində inşa olunmuş yaşayış kompleksində 14 saylı binada 8 saylı mənzillə təmin olunmuşuq. Amma mənzil bizə verilməyib. Hələ də kirayələrdə qalırıq”.

D.Əsgərov deyib ki, Nazirlər Kabinetinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Baş Prokurora və İnsan hüquqları müvəkkilə (ombudsmana) müraciət edib. Müraciətlərin hər biri baxılması üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə göndəriblər. Komitə də cavabında yerli icra hakimiyyətinə işarə edir.

“Bizə edilən son müraciətə «Qaçqınkom»un Repatriasiya Departamentinin direktor müavini Əhliman Adıgözəlovun 21.07.2016-cı il tarixində verdiyi cavabda bildirilib ki, həmin yaşayış kompleksinə rayon mərkəzində köçürülməsinə  zərurət yaranan obyektlərdə müvəqqəti qeydiyyatda olub, faktiki yaşayan məcburi köçkün ailələri Bərdə rayon İcra Hakimiyyətinin təqdim etdiyi siyahı əsasında köçürülüb”.

Əhliman Adıgözəlovun həmin cavabında qeyd olunub ki, Əsgərovlar ailəsinin yaşayış şəraitinin ağır olması nəzərə alınaraq ərizə nəzarətə götürülüb: “İmkan yaranan kimi mənzillə təmin olunmaq üçün Əsgərovların etdiyi müraciətə yenə baxılacaq”.   

İnsan Hüquqları Müvəkkilinin Aparat rəhbəri Aydın Səfixanlı da Əsgərovlar ailəsinin etdiyi müraciətə eyni məzmunda cavab verib.

Əsgərov ailəsinin iddiası ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sorğu göndərilib.

Ramid İBRAHİMOV

Mənbə: bizimyol.info

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив