23,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,69 AZN
1 EUR = 1,98 AZN
10 RUB = 0,28 AZN

описание


» » Çox güman ki, dağınıq beyin sindromundan əziyyət çəkirsiniz


Çox güman ki, dağınıq beyin sindromundan əziyyət çəkirsiniz

01.01.2017 23:40
admin

Eyni anda bir neçə işi yerinə yetirməyi unudun. Bizim müdaxilə asılılığımız, beynimizə bilməyərəkdən təsir edir.
1990-cı illərdə mesajlaşma məşhurlaşır, lakin Judi Wineland bunun həvəskarı deyildi.
Kompüter ekranında tez-tez peyda olan söhbət bildirişləri, onun üçün gündəlik işləri tamamlamaqda çətinlik yaradır. Lakin bu, ofisdəki digər həmkarları - xüsusilə də, gənclər üçün belə deyildi.
"Bu uşaqların eyni anda bir neçə işi yerinə yetirdiyini görüb fikirləşirdim ki, məndə problem var," 1978-ci ildən bəri macəra səyahət şirkətləri idarə edən və hazırda ABŞ-da iki AdventureWomen and Thomson Safaris kampaniyalarının həm-idarəçisi olan Wineland deyib.
Milli.Az BBC-yə istinadən bildirir ki, lakin, o görür ki, eyni anda bir neçə işi bacarmamaq əslində üstünlükdür. "Bu halda mən, şirkəti daha yaxşı idarə edə bilirdim."
Günlərimiz, ardı kəsilməyən maneələrlə doludur. E-maillər, ismarışlar, görüşlər, sualı olan həmkarlar və siyahı davam edir. Bir çox şirkətlər hətta bizi eyni andan bir neçə tapşırığı yerinı yetirməyə məcbur edir. Açıq ofis məkanını yaratmaqla şirkətlər, işçilərin daha çox və növ iş görməsinə şərait yaradır.


Lakin, artan araşdırmalar göstərir ki, eyni anda bir neçə tapşırığı yerinə yetirməyə çalışmaq insanı daha az məhsuldar edir. Bir tapşırığa kökləndikdə, daha çox iş görmək olur.
Buna səbəb isə beynimizin, hər dəfə bir işi yerinə yetirmək üçün qurulduğudur. Eyni anda bir neçə işi yerinə yetirdiyimizi düşünsək də, əslində tapşırıqlar arasında var-gəl edirik.
Bunu təkrarlamaq isə beynimizi yorur və idraki qabiliyyətimizi aşağı salır. 2007-ci ildə aparılan bir araşdırma göstərir ki, elmlə məşğul olan insanlara, hər üç dəqiqədən bir e-mail və başqa müdaxilələrlə mane olunur və onların işi vaxtında bitirməsini əngəlləyir.
Bir işi yerinə yetirmək (Singletasking) adlı kitabın müəllifi Devora Zack deyir ki, "bu heç zaman işləmir və sözün istənilən mənasında insanı geriyə aparır."
Eyni anda bir neçə işi yerinə yetirmək mifləri
Eyni anda bir neçə işi yerinə yetirmək, "daha dayaz düşünmə yaradır, yaradıcılığı azaldır, səhvləri artırır və gərəksiz məlumatı uzaqlaşdırmaq qabiliyyətimizi aşağı salır," Dallasda yerləşən Texas universitetinin Beyin Sağlığı Mərkəzinin qurucusu və əsas direktoru Dr. Sandra Bond Chapman, e-mailində bizə deyib.
Beyin eyni anda bir neçə işi yerinə yetirmək üçün qurulmadığına görə, vaxt keçdikcə artan stress səviyyəsi və depressiya müşahidə oluna bilər və bu da ümumi intellektual qabiliyyətimizi aşağı salar, o söyləyib.
Eyni anda bir neçə işi yerinə yetirməyin effektiv olmadığı sübutları qalaqlansa da, köhnə fikirlərlə yeni texnologiyanın birləşməsi, əksər iş yerlərində bunun mümkünlüyünü aşılayır.
Bunun bir günahkarı da özümüzük. Eyni anda bir neçə işi yerinə yetirərkən özümüzü məşğul və məhsuldar sanırıq. Berkeley-də yerləşən Kaliforniya Universitetinin Böyük Yaxşı Elm Mərkəzinin icraçı direktoru Dr. Christine Carter belə deyir.
"Məşğulluq, köhnə fikirlilərin yaratdığı mühümlük nişanəsidir," Carter söyləyib. "Ofisdə daha çox vaxt sərf etməyin, yaxşı işçi olduğun anlamına gəlir kimi bir mif mövcuddur."

Carter-ə görə, zavod və ofislərə giriş və çıxış saatlarımız, sənayeləşmədən bihuş olmağa bərabərdir. Əvvəllər bu mif keçərli idisə, kompüter və e-maillərin icadından sonra, vəziyyət tamamilə dəyişib.
Chapman yazır: "Texnologiya beynimizi, maneələrdən asılı olmağa öyrədir. Biz narahatlıqla növbəti e-mail, ismarış və ya sosial media paylaşım siqnalını gözləyirik. Başqa sözlə, başqa hər hansı asılılıq kimi, pis olduğunu bildiyimiz halda, bundan ayrıla bilmirik."
Hətta Carter özü, öz məsləhətinə əməl etməkdə çətinlik çəkib. Eyni anda bir neçə işi yerinə yetirməyi o, stressdən xəstəxanaya düşdükdən sonra dayandırıb.
Hamımız bundan ibrət götürməliyik. "Biz cəmiyyət olaraq, dağınıq beyin sindromundan əziyyət çəkirik," Singletasking müəllifi Zack deyib.
"Bu, hər yerdədir - iş həyatımızdan tutmuş şəxsi həyatımızadək."

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив