17 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,94 AZN
10 RUB = 0,29 AZN

описание


» » Salavat gətirməyin hikmətləri


Salavat gətirməyin hikmətləri

01.01.2017 23:50
admin

Bizim salavat gətirməyimizlə Cənabi-Allah Peyğəmbərimizə rəhmətini və salamını endirirmi? Onsuz da Cənabi-Allah Ona rəhmətini lütf edir. Bizim salavat gətirməyimizin hikməti nədir?

Rəsuli-Əkrəm (s.ə.s.) böyük xeyirlərin, bərəkətlərin təməlindəki bir nüvə kimidir. O, sizə doğru yolu göstərən, dümdüz cığırı açan, yanılmaz və yanıltmaz bir rəhbərdir.

Milli.Az meneviyyat.az-a istinadən bildirir ki, bu nurlu yolda insanları zülmətdən nura çıxarmağa vəsilə olan o Zata (s.ə.s) həmin yolda gedən hər kəsin savabından bir hissə veriləcək. "Əs-Səbəbi kəl-fail" ("Bir işi səbəb olan onu edən kimidir").[1] kəlamına əsasən ümmətinin xeyir işlərinin bir misli Onun (s.ə.s) əməl dəftərinə də yazılacaqdır.

Məqamı-Mahmudun sahibi olan Rəsuli-Əkrəmin (s.ə.s) vəfat etməsi ilə əməl dəftəri bağlanmayacaq, saysız-hesabsız yaxşılıqlar, saleh əməllər daim Onun dəftərinə qeyd olunacaq; məqamı böyüdükcə böyüyəcək, səlahiyyətin sərhədləri genişlədikcə genişlənəcək və inşaallah, gün keçdikcə ümmətindən daha geniş kütlələrə şəfaət etmə haqqını qazanacaqdır. Buna görə də, bu məsələyə iki müxtəlif yöndən yanaşmalıyıq:

Birincisi: Biz Rəsuli-Əkrəmə (s.ə.s) salavat oxumaqla əhdü-peymanımızı təkrarlayır və Ona ümmət olma arzusu ilə müraciət edirik. Yəni "Səni andıq, Səni düşündük; Haqqın Sənin şanını ucaltması üçün dua edir və istəyirik," deyir və Ona sığınırıq. Dualarımızı "Məqami-Mahmud"un Sahibinin (s.ə.s) dərəcəsinin yüksəlməsi üçün etdiyimizə görə, Onun (s.ə.s) şəfaət dairəsi genişlənir.[2] Beləliklə, daha çox insan o şəfaət dairəsindən istifadə etmə fürsəti əldə edir.

İkincisi: Bir insanın Peyğəmbərimizin (s.ə.s) qədir-qiymətinin artması üçün edəcəyi dua həmin şəxsin Onun himayəsinə girməsinə vəsilədir. Beləliklə, o şəxsin şəfaət dairəsi, şəfaət fürsəti genişlənmiş olur. Buna görə də, salavata Əfəndimizdən (s.ə.s) çox biz möhtacıq. Ona müraciət etməklə varlığını, böyüklüyünü qəbul etmiş və kiçikliyimizi, heçliyimizi elan etmiş oluruq. Dövlətini böyük bilib kömək üçün əl açan insan kimi, biz də acizliyimizlə dəhşətli və çox ağır bir günün əndişəsi ilə indidən sarsıntı keçirərək Rəsuli-Əkrəmə (s.ə.s) sığınır, halımızı və ehtiyacımızı Ona ərz edirik.

Cənabi-Haqq Şəfaəti-Uzma (böyük şəfaət) sahibi Hz. Məhəmmədin (s.ə.s) şəfaətini bizə nəsib etsin.

Bu işin gözəl, müjdəli xəbərini də deyim. Deyilir ki, hər peyğəmbərin öz ümmətinə verdiyi bir şey var. Əfəndimiz (s.ə.s) buyurur ki:"Mən ümmətimə verəcəyimi axirətə saxladım. O da şəfaətimdir."[3]

[1] Baxın: Müslim, İmarə 133; Tirmizî, Elm 14; Əbu Davud, Ədəb 115.

[2] Buxari, Əzan 8; Əbu Davud, Salat 38.

[3] Buxari, Təfsir (17) 5; Təyəmmüm 1; Müslim, İman 326-327; Məsacid 3.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив