Qeydiyyat    Daxil ol
1 AZN = 0,54 USD
1 AZN = 0,51 EUR
1 AZN = 32,24 RUB

» » Bədənin istiliyini artıran qidalar


Bədənin istiliyini artıran qidalar

01.01.2017 22:15
admin

Bədən temperaturunun azalması soyuqdəymə və qrip kimi üst tənəffüs yolu infeksiyalarına tutulmaqda mühüm rol oynayır. Bunun səbəbi isə, bədən temperaturunun aşağı düşməsi ilə birlikdə immunitetin zәiflәmәsidir. Bu da bədəninizi infeksiyalara qarşı aciz hala sala bilər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, immun sistemini zəiflədən və xəstəliklərə səbəb olan bədən istiliyinin azalmasına qarşı bu qidaları istehlak edərək tədbir görә bilərik:
Darçın:
Əgər soyuq havalara görə əziyyət çəkirsinizsə, isidici xüsusiyyəti ilə darçın digər ədviyyatlar içində dərhal önə çıxır. Soyuq havaya çıxmazdan əvvəl, dilinizin üzərinə qoyacağınız 1 çay qaşığı darçın tozu, qanın bədəndә dövr etmәsi ilә üzәri çıxmasına dəstək olur, bu da orqanizmin isinməsinə kömək edir.
Acı bibər:
Bəzi ədviyyatlar termogen, başqa sözlə, bədən temperaturunu gücləndirici xassəyə malik olurlar. Qırmızı acı bibərə acılığını verən kapsaisin maddəsi də termogeni artırır. Kapsaisinli bir yemək yedikdən dərhal sonra daha çox enerji sərf etməyə başlayırıq. Bunun nəticəsində də bədən istiliyimiz yüksəlir və metabolik sürətimiz də artır.
Təzə zəncəfil:
Təzə zəncəfil bədən temperaturunu tarazlıqda saxlayan və bədəndə inkişaf edən hipotermiyanın yaxşılaşmasına töhfə verən bir bitki köküdür. Mütəxəssislər bədən istiliyinizi artırmaq və ya soyuq qış gecələrində isinmək üçün toz halına gətirilmiş zəncəfil kökündən 1 çay qaşığı qədər yeməklərdə istifadə etmənin yetərli olacağını bildirir.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив