Qeydiyyat    Daxil ol
1 AZN = 0,54 USD
1 AZN = 0,51 EUR
1 AZN = 32,24 RUB

» » Dövlət Təhlükəsizliyi Xidməti Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramını qeyd edib


Dövlət Təhlükəsizliyi Xidməti Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramını qeyd edib

31.12.2016 22:15
admin

Dövlət Təhlükəsizliyi Xidmətinin "N" hərbi hissəsində Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı qeyd edilib.

Milli.Az bildirir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, Ulu Öndərin abidəsi önünə əklil qoyulub.

Bu əlamətdar bayramlar münasibətilə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin adından hərbi hissənin bütün şəxsi heyətini təbrik edən general-leytenant Mədət Quliyev, zabit və əsgərlərə Vətəni müdafiə etmək kimi sərəfli və məsuliyyətli xidmətlərində uğurlar diləyib.

Bildirilib ki, Azərbaycan Respublikasının inkişaf strategiyasının banisi Ulu Öndər Hey¬dər Əliyevin siyasi xəttini layiqincə davam etdirən möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə sürətlə tərəqqi edən respublikamızın siyasi-iqtisadi nüfuzu gündən-günə artır. Ölkəmizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələri¬mizin modernləşdirilməsi nəticəsində Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü orduya çevrilib. Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində cari ilin aprel ayında ordumuz düşmənə sarsıdıcı zərbələr vuraraq, gücünü bütün dünyaya nümayiş etdirib. Bu isə xalqımızda böyük ruh yüksəkliyi yaradaraq, işğal olunmuş ərazilərimizin azad olunmasına inam hissini və əzmini daha da artırıb.

Qeyd edilib ki, bu gün DTX-nin hərbi hissəsində şəxsi heyətin nümunəvi xidməti üçün hərtərəfli şərait yaradılıb. Əsas məqsəd ölkə rəhbərliyinin və xalqın göstərdiyi yüksək etimadı doğrultmaq, işğal altında olan vətən torpaqlarını azad etmək üçün daim hazır olmaqdır.

Sonra general-leytenant Mədət Quliyev aprel döyüşlərində qardaşları qəhrəmancasına həlak olmuş iki əsgəri həvəsləndirmə qaydasında məzuniyyətlə mükafatlandırıb.

Çıxış edən valideynlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda uğurla həyata keçirilən genişmiqyaslı işləri qeyd edərək, ordu quruculuğuna da böyük diqqət yetirildiyini vurğulayıblar: "Əsgər və zabitlərimizə göstərilən qayğı hər bir valideyini qürurlandırır. Fəxr edirik ki, bu gün bizim də övladlarımız etibarlı vətən müdafiəçiləri sırasındadır. Ən böyük arzumuz, istəyimiz isə torpaqlarımızın işğaldan azad edilməsi ilə qələbə sevincini yaşamaqdır".

Sonda respublikanın tanınmış incəsənət xadimləri tərəfindən vətənpərvərlik mövzusunda ifa edilən mahnılar rəğbət və coşqu ilə qarşılanıb.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Kodu daxil edin: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Xəbərlərn təqvimi
«    Январь 2017    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031