-1,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,94 AZN
10 RUB = 0,26 AZN

описание


» » Tanınmış dilçi alim dünyasını dəyişdi


Tanınmış dilçi alim dünyasını dəyişdi

23.07.2016 13:16
admin

Azərbaycanın tanınmış dilçi alimi dünyasını dəyişib.

ATV.az-ın məlumatına görə, filologiya elmləri doktoru Məhəbbət Mirzəliyeva uzun sürən xəstəlikdən sonra 67 yaşında vəfat edib. Qeyd edək ki, Məhəbbət Mirzəliyeva 1966-cı ildə Bakı şəhərindəki 74 saylı orta məktəbi gümüş medalla bitirərək Bakı Dövlət Universitetinin (keçmiş S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti) filologiya fakültəsinə daxil olub. 1971-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1971-1972-ci tədris ilində Ali təhsili başa vurduqdan sonra təyinatla Quba şəhər internat məktəbində tərbiyəçi-müəllim işləyib. 1972-ci ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunun əyani aspiranturasına daxil olub.

Məhəbbət Mirzəliyeva 1975-1981-ci illərdə institutun türk dilləri şöbəsində kiçik elmi işçi, 1981-1993-cü illərdə böyük elmi işçi vəzifəsində çalışıb. 2002-ci ilin yanvarında AMEA Nəsimi adına Dilçilik İnstitutu türk dilləri şöbəsinin müdiri vəzifəsinə seçilib. 2013-2015-ci illərdə AMEA Dilçilik İnstitutunun direktor müavini vəzifəsində çalışıb. 2015-ci ilin may ayından yenidən institutun türk dilləri şöbəsinə rəhbərlik edirdi.

Elmi fəaliyyətlə paralel surətdə Məhəbbət Mirzəliyeva 1991-1993-cü illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda, 1996-2000-ci illərdə isə Azərbaycan Xarici Dillər Universitetində pedaqoji fəaliyyət göstərib. 1993-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının humanitar siyasət şöbəsində məsləhətçi işləmişdir. 1996-2001-ci illərdə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının humanitar və ictimai elmlər şöbəsinin rəisi vəzifəsində çalışıb.

Ankara (2008), Pekin (2008), İzmir (2010 mart və dekabr), Tekirdağ (2010), Ədirnə (2011) və İstanbulda (2012) keçirilən beynəlxalq simpozium və konfranslarda məruzələrlə çıxış edib. 2 elmi monoqrafiya, 1 şer kitabı, 80 elmi məqalə və tezisin müəllifi, 4 kollektiv monoqrafiyanın həmmüəllifidir. M.Mirzəliyeva 2000-ci ildən Bakı Dilçilik Məktəbinin rəhbəri idi. 2012-ci ildən Dilçilik İnstitutunda fəaliyyət göstərən Müdafiə Şurasının üzvü olub. 1993-1996-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Aparatının humanitar siyasət şöbəsində məsləhətçi işləyib.

Günay Məryəm

Mənbə: news.atv.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *