6,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,92 AZN
10 RUB = 0,26 AZN

описание


» » ABŞ Almaniyadan bazalarını çıxaracaq - FOTO


ABŞ Almaniyadan bazalarını çıxaracaq - FOTO

02.07.2018 14:25
admin

ABŞ prezidenti Donald Tramp ölkəsinin Almaniya ərazisindəki hərbi kontingentini oradan çıxarmağa hazırlaşır.

Milli.Az The Washington Post-a istinadən bildirir ki, hazırda iki variant nəzərdən keçirilir. İlkin varianta görə, hərbi kontingent Almaniyadan tam çıxarılır, sonra ABŞ və bir sıra xarici ölkələrin ərazilərindəki bazalarda yerləşdirilir.

İkinci variant isə Almaniyadan çıxarılan kontingentin Polşadakı bazalarda yerləşdirilməsini nəzərdə tutur.

Kontingentin Almaniya ərazisindən çıxarılması ilə maliyyə xərcləri hesablanır.

Rəsmi Vaşinqtonun bu mövqe tutmasının səbəbi ABŞ və Almaniya arasındakı münasibətlərin son vaxtlar çox sərinləşməsidir.

Almaniyanın kansleri Angela Merkel bəyan edir ki, Avropanın təhlükəsizliyinin təminatı ilə bağlı ABŞ-a bel bağlamaq əvəzinə Avropa Birlyi öz silahlı qüvvələrini formalaşdırmalıdır. Bu qüvvələr AB ərazisində NATO-ya alternativ ola bilər.

Hazırda Almaniya ərazisində ABŞ-ın 35 min hərbi qulluqçusu var. Onların kimin təhlükəsizliyini təmin etdiyinə nə ABŞ, nə də Almaniya cavab verə bilmir.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Декабрь 2018    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31