5,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,92 AZN
10 RUB = 0,26 AZN

описание


» » Körpənin normal yuxu rejimi


Körpənin normal yuxu rejimi

01.07.2018 21:51
admin

Yuxu orqanların fəaliyyətini bərpa etmək üçün vacib fizioloji prosesdir. Tələb olunan müddətdən çox və ya az yatmaq sağlamlığa mənfi təsir göstərə bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yeni doğulan körpə üçün həmin şərt daha vacibdir. Onun düzgün və sağlam qidalanması ilə yanaşı, normal yuxu rejiminə də mütləq əməl olunmalıdır.

Paytaxtdakı 20 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Hafizə Məmmədova deyir ki, yuxunu şərti olaraq gecə və gündüz yuxusuna bölmək olar: Yeni doğulan körpə üç aylığınadək 17-19 saat yata bilər. Altı aylıq körpənin sutkada 14-15 saat yatması kifayət edər. Bir yaşınadək uşağın sutkada 11-13 saat yatması yetərlidir.

Gündüz saatlarında yatmaq yenidoğulmuşlarda və südəmər körpələrdə bir neçə dəfə ola bilər. Altı ayına qədər olan körpələrdə gündüz yuxusunu üç yerə bölmək olar: səhər, günorta və axşam yeməklərindən sonra olan yuxu. Həkimin dediyinə görə, uşağın yaşı artdıqca gündüz yuxusunun saatı azalır. Əgər altı ayına kimi körpələr gündüzlər beş-altı saat yatmalıdırsa, daha sonra 3 saat yuxu kifayət edir. Bir yaşında olarkən körpəni gündüzlər cəmi 2 saat yatırtmaq da olar.

Həkim qeyd edir ki, yeni doğulan uşaqların yeməkdən sonra 5-6 saat yatması ananı təşvişə salmamalıdır. Yeni doğulan körpə hətta qidalanarkən yorulur və onun uzunmüddətli yuxuya getməsi normaldır. Həmçinin körpə bətnxarici mühitə uyğunlaşmanı məhz yuxu vasitəsilə tənzimləyir.

Çox vaxt bağça yaşında olan uşaqları günorta yuxu almağa məcbur edirlər. Pediatrın dediyinə görə, uşaq günorta yatmaq istəmirsə, deməli, gecə sutkalıq yuxu normasını alıb.

Doyunca yatmayan və ya normadan artıq yatan uşaqların sağlamlığında fəsadlar yarana bilər. Həmin hallar körpədə çəki azlığı, iştahasızlıq və əsəbilik yaradır. Körpənin yuxu pozulmasının müxtəlif səbəbləri ola bilər. Valideynlər uşağın yuxuya getdiyi mühitin havalandırma və işıqlandırma baxımından qənaətbəxş olmasına çalışmalıdırlar.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Декабрь 2018    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31