-6,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,94 AZN
10 RUB = 0,26 AZN

описание


» » Saray burması şirniyyatı -


Saray burması şirniyyatı -

01.07.2018 08:00
admin

Şərbətli şirniyyatı bir çoxlarımız sevirik. Milli.Az ailem.az-a istinadən damaq dadınızı yeniləyəcək saray burması şirniyyatının reseptini verir.

Saray burması üçün lazım olanlar:

1 ədəd yumurta

Bir fincan duru yağ 
Bir fincan qatıq
2 stəkan çəkilmiş qoz 
Bir stəkan şəkər tozu
Bir kasa əridilmiş kərə yağı

2 qaşıq sirkə 

Apardığı qədər un 

Şərbəti üçün: 

3 stəkan su 
3 stəkan şəkər tozu

Hazırlanması:

Qozdan başqa bütün ərzaqları qarışdıraraq xəmir yoğurun. Xəmiri 5 dəqiqə saxladıqdan sonra bərabər kündələrə bölün. Kündələri oxlovla nazik yayın. Yayılan xəmirin içinə qozu bərabər şəkildə səpin. 

Sonra xəmiri rulet formasında bükün. Digər kündələri də eyni şəkildə düzəldib soba qabına yığın. 180 dərəcədə qızdırılmış sobada 30 dəqiqə bişirin. 

Bu müddətdə ocağın üzərində şərbətini hazırlayın. 

Şirniyyat sobadan çıxdıqdan sonra soyumuş şərbəti şirniyyatın üzərinə tökün. Vəssalam, şirniyyat hazırdır.

Nuş olsun!

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Декабрь 2018    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31