-6,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,94 AZN
10 RUB = 0,26 AZN

описание


» » Samsung Galaxy Note 9 nə vaxt təqdim ediləcək?


Samsung Galaxy Note 9 nə vaxt təqdim ediləcək?

30.06.2018 08:11
admin

"Samsung" şirkəti "Galaxy Note 9" smartfon modelinin rəsmi təqdimatını avqustun 9-da Nyu-Yorkda keçirəcək. Bu barədə şirkətin məlumatında deyilir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumata görə, "Samsung Galaxy Note 9"-da qeyri-adi dəyişikliklər gözlənilmir və bu, əvvəlki modellərin səhvləri üzərində aparılan növbəti iş hesab edilir. Yeni smartfon dizaynına görə ümumilikdə əvvəlki modellərə bənzəsə də, cüzi dəyişikliklər olacaq - ekran ətrafında çərçivələr bir qədər kiçildiləcək və barmaq izi skanerinin forması dəyişəcək.
 
Yeni modelin proqram təminatı "Galaxy S9+" smartfonu ilə eyni olmaqla "S Pen" elektron qələmi ilə fərqlənəcək. Smartfon 6,4 düym diaqonallı ekran, 4 min və ya 3850 milliamper/saat tutumlu akkumulyatorla təchiz ediləcək. Bu, ötən il təqdim olunan 3300 milliamper/saat tutumlu "Galaxy Note 8" modelinin akkumulyatorundan daha güclüdür. Bundan başqa, yeni qurğunun əsas qoşa kamerasının təkmilləşdiriləcəyi gözlənilir.
 
Bundan əvvəlki məlumatlara görə, "Crown" kod adlı "Samsung Galaxy Note 9" smartfonu qabaqcıl "Galaxy S9" və "Galaxy S9+" modelləri kimi "Infinity Display 2.0" displeyinə malik olacaq. "S-AMOLED" ekran texnologiyasını və 18,5:9 tərəf nisbətlərini qoruyacaq  "Galaxy Note 9" modeli "Samsung" şirkətinin barmaq izi skanerinin ekrana inteqrasiya olunduğu ilk smartfonu ola bilər.
 
Bildirilir ki, qurğunun aparat əsasını buraxılış regionundan asılı olaraq "Exynos 9810" və "Qualcomm Snapdragon 845" prosessorları təşkil edəcək.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Декабрь 2018    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31