-6,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,94 AZN
10 RUB = 0,26 AZN

описание


» » Dünya Çempionatında oyundan sonra yatağa qaçırlar - Futbolun doğuş sayına FANTASTİK TƏSİRİ - FOTO


Dünya Çempionatında oyundan sonra yatağa qaçırlar - Futbolun doğuş sayına FANTASTİK TƏSİRİ - FOTO

30.06.2018 00:30
admin

Rusiyanın sosial mütəxəssisləri ölkədə keçirilən Futbol üzrə Dünya Çempionatının demoqrafiya sahəsində müsbət nəticələrə yola aça biləcəyini bildirib.

Milli.Az xəbər verir ki, daha öncə ali futbol turnirinə ev sahibliyi edən ölkələrdə aparılan araşdırmalara görə, böyük futbol şənliyinin yaratdığı müsbət ab-hava ölkədə doğum faizlərində artıma səbəb olur.

Bu, SSRİ-nin süqutundan sonra əhali sayı sürətlə azalan Rusiya üçün ələ düşməyən bir fürsət deməkdir. Rusiyada 1990-cı illərdə II Dünya Müharibəsindən sonra ilk dəfə ölümlərin sayı doğuşların sayını keçib. Buna səbəb olaraq iqtisadi böhran, yaşayış şərtləri və artan ölüm faizləri göstərilib.

Mütəxəssislər bildirir ki, bu gediş dayandırılmazsa, Rusiyada 2050-ci ildə əhali sayı 111 milyona düşəcək.

Mövzu Kremlin də gündəmindədir və prezident Vladimir Putin əhalini daha çox uşaq dünyaya gətirməyə təşviq etmək üçün bir sıra layihələr başladıb.

Bununla belə, futbol, gerçəkdən də, işə yaraya bilərmi?

İngiltərə 1966-cı ildə Dünya Çempionatına ev sahibliyi edəndən sonra ölkədə doğuş sayında artım qeydə alınıb. Almaniyada isə 2006-cı ildə 15% irəliləyiş müşahidə edilib.

Doğuş mütəxəssisi Rolf Klike alman mediasına verdiyi açıqlamada bir çox insanda matç əsnasında baş qaldıran həyəcanın daha sonra da davam etdiyini və matç bitdikdən sonra enerjilərini başqa cür yaşadıqlarını bildirib.

2014-cü ildə də Dünya Çempionatının ev sahibi Braziliyada da Almaniyanın ev sahibi qarşısında əldə etdiyi 7:1 hesablı qələbə ölkədə doğuş partlayışı yaradıb. Rəsmi rəqəmlərə görə, Almaniyada 2015-ci ilin mart ayında doğulan uşaqların sayı 1 il öncəki uşaqların sayı ilə müqayisədə 7 qat daha çox olub.

Bu durum təkcə Dünya Çempionatı ilə əlaqədar deyil. İngiltərənin "Tibb" dərgisində yayımlanan bir araşdırmaya görə, "Barselona"nın ulduz futbolçularından olan Anderas İnyestanın 6 may 2009-cu ildə "Çelsi" ilə matçda son dəqiqədə vurdğu qoldan sonra ortaya çıxan doğuş partlayışı "İnyesta qurşağı" terminin yaranmasına səbəb olub. Onun vurduğu qol "Barselona"nı Çempionlar Liqasının finalına çıxarmışdı. Araşdırmada Kataloniyanın 2010-cu ilin fevral ayındakı doğuş sayları incələnib və 9 ay sonra rəqəmlərdə 16% artdığı məlum olub.

Futbol və doğuşlar arasındakı münasibət İtaliyada da məşhurdur. "Roma" ötən mövsüm Çempionlar Liqasında "Barselona"nı son dəqiqə qolu ilə məğlub etməyi bacarıb. Bundan sonra klubun rəsmi tvitter hesabı körpələr üçün olan məhsulların reklamları ilə dolub.

Qeyd edək ki, 2018 Dünya Çempionatının ev sahibi FİFA sıralamasında turnirə qatılan alt sıra komandalarından olsa da, 1/8 finala adlamağı bacarıb. Rusiya ikinci turda İspaniyanı keçərsə, bir doğum partlayışı da yaxın zamanlarda bu ölkədə baş verəcək. (publika.az)

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Декабрь 2018    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31