-0,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » Son 60 ildə ilk dəfə -


Son 60 ildə ilk dəfə -

22.06.2018 11:56
admin

Rusiyada keçirilən DÇ-2018-də dünən Argentina yığması Xorvatiya millisinə 0:3 hesabla uduzub. Xorvatlar 1998-ci ildən bəri ilk dəfə mundialın pley-offuna çıxıblar.

Milli.Az bildirir ki, LÇ-1998-də xorvatlar yarımfinalda Fransa yığmasına 1:2 hesabla uduzaraq 3-cü yer uğrunda matçda Hollandiyaya qalib gəlmişdilər.

Sonralar xorvatlar mundiallarda üç dəfə qruplarda 3-cü yerləri tutublar. DÇ-2002-də Meksika və İtaliyaya, DÇ-2006-da Braziliya və Avstraliyaya, DÇ-2014-də Braziliyaya və Meksikaya uduzublar. DÇ-2010-da Xorvatiiya yığması mundiala düşməmişdi.

Argentina yığması isə 1974-cü ildən bəri ilk dəfə qrup mərhələsində iki start matçdan heç birində qalib gəlməyib.

Ən pisi isə odur ki, Argentina yığası 60 il idi ki, belə rüsvay olmurdu. Sadəcə, DÇ-1958-ci ildə argentinalılar Çexoslovakiya yığmasına 1:6 hesabla uduzmuşdular.

Argentina yığması tarixində ikinci dəfədir ki, iki start matçda cəmi 1 qol vurur. İlk dəfə belə hal DÇ-2002-də, argentinalıların qrup mərhələsindən çıxa bilmədikləri zaman baş vermişdi.

Artıq 4 matçdır ki, Argentina dünya çempionatının matçlarında qalib gələ bilmir. 2 bərabərlik, 2 məğlubiyyət - Argentina yığmasının tarixində belə "qara rekord" olmamışdı.

Və ən nəhayət, Argentina yığması son 30 ildə ilk dəfədir ki, mundialın iki start matçının ikisində də qapısından top buraxıb.

Xorvatiya yığması isə dünya çempionatlarında Cənubi Amerika milliləri ilə son 4 matçının hamısında uduzmuşdu...

Xorvatiya-Argentina matçında stadionun VİP-tribunasında Dieqo Maradona da vardı.

Oyunun əvvəlində çox nikbin təsir bağışlayan Dieqo Armando Maradona doğma yığmasına çılğınlıqla azarkeşlik edirdi. Lakin oyun davam etdikcə Maradonanın əhvalı pisləşirdi.

Xorvatlar Argentina yığmasını darmadağın edəndə isə o, çox pərişan idi.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031