10,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » Robotu insan beyni idarə edəcək - VİDEO


Robotu insan beyni idarə edəcək - VİDEO

21.06.2018 08:22
admin

Massaçusets Texnologiya İnstitutunun süni intellekt laboratoriyasının mütəxəssisləri robota beyin dalğalarına tabe olmağı öyrətmək üçün elektromioqrafiya və elektroensefaloqrafiya texnologiyalarını tətbiq ediblər. Bu barədə institutun saytında deyilir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, əvvəlki işlərdə sistem beynin elektrik siqnallarını yalnız insan müəyyən obyekt barədə düşünəndə tanıyıb. Məsələn, operator mexanizmin xüsusi funksiyalarına uyğun displeylərə nəzarət etməli olub. Eyni zamanda belə əlaqə sistemi ilkin kalibrləmə tələb edib. İnşaatçıları və mühəndisləri isə belə interfeysli qurğu qane etməyib. Buna görə tədqiqatçılar qurğunun idarəetməsini dəyişərək "səhvlərə aid potensiallar" (ErrPs) adlanan siqnallardan istifadə ediblər. Siqnallar insanların robotun hər dəfə səhv hərəkət etdiyini görməsi zaman görsənib. Tədqiqat müəllifi Cozef DelPretonun sözlərinə görə, müşahidə onların işini asanlaşdırıb, çünki insana əmr edilmiş şəkildə düşünməyi məşq etdirmək zərurəti aradan qaldırılıb.
 
Məlumata görə, səhvin düzəldilməsi üçün mühəndislər tərəfindən əzələ hərəkətlərinə əsaslanan idarəetmə əlavə edilib. İki - elektromioqrafiya və elektroensefaloqrafiya texnologiyasının birləşdirilməsi robotun idarəetməsini daha intuitiv edib.
 
Konsepsiya barədə danışan tədqiqat müəllifi bildirib ki, həm əzələ hərəkətlərini, həm də beyin dalğalarını qeydə almaqla insanın səhv haqqında ani fikir manipulyasiyalarına dözmək daha asan olur. "Bu, robotla ünsiyyəti sadələşdirməyə kömək edir", - o qeyd edib.
 
Müəlliflərin sözlərinə görə, gələcəkdə sistem inşaatçılar, ahıllar və fiziki hərəkətləri məhdud insanlar üçün faydalı olacaq.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031