-0,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » İŞİD qlamur modelin beynini "yudu" - FOTO


İŞİD qlamur modelin beynini "yudu" - FOTO

20.06.2018 14:31
admin

Suriyada yaşanan faciələr məni təsirləndirmişdi. Oradan videolara, fotolara baxanda ürəyim ağrıyırdı. Sosial şəbəkələrdə də suriyalılarla ona görə danışırdım. Şüseynlə də beləcə tanış olmuşdum.

Milli.Az The Sun-a istinadən bildirir ki, britaniyalı qlamur model, 29 yaşlı Kimberli Mayners İŞİD terror təşkilatının tovladığı, sıralarına cəlb etməyə çalışdığı "qurban"lardan biridir.

Onu İŞİD-in təbliğatçılarından biri Navid Hüseyn Suriyaya yollanmağa, terror təşkilatına qatılmağa çağırırdı.

Bu ilin fevralında Britaniyada polisin keçirdiyi əməliyyat nəticəsində tutulan Kimberli Mayners istintaqdan sonra azad buraxılıb. Polis onun zərərsiz olduğunu bəyan edib.

London sakini Kimberlinin dediyinə görə, Navid Hüseyn onu İŞİD-ə qatılan, "Ağ Dul" kimi tanınan Salli Consun yolunu təkrarlamağa çağırırdı.

"Mənə deyirdi ki, İŞİD-ə qatılsam, adımı dəyişməli və Ayşə Loren əl Britani olmalıyam. O, Suriyaya yollanıb cihada qatılmağımın vacib olduğunu söyləyirdi. Halbuki mən Suriyada uşaqların öldürülməsinin qarşısını almağa çalışırdım. Suriyadakı bombardmanların videolarını və fotolarını Facebook-da paylaşandan sonra Suriyadan çoxlu insanlar mənə yazmağa başladı. Navid Hüseyn də onların arasında idi", - Kimberli deyib.

Hamiləliyi yarımçıq bitəndən sonra qeyri-rəsmi nikahda olduğu ərinin onu atıb getdiyi Kimberdi depressiyaya qapıldığını, həmin dövrdə tək qaldığını və bu səbəbdən də Navidi dost saydığını vurğulayır.

Navil Hüseyn özünü "Əbu Usama əl Britani" adlandırırdı.

O, Kimberliyə partladıcı qurğular hazırlamağı da öyrədib, ona Britaniyada terror aktı törətməyi məsləhət görüb.

Kimberli qorxub və polisə məlumat verib.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031