-0,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » Bu qidalar beyni məhv edir - UZAQ DURUN


Bu qidalar beyni məhv edir - UZAQ DURUN

19.06.2018 00:03
admin

Mütəmadi olaraq yediyimiz qidalar həyatda qalmağımızla yanaşı, beyin sağlığımıza da ciddi şəkildə təsir edir. Milli.Az ailem.az-a istinadən beynimizə mənfi təsir göstərən qidaların siyahısını təqdim edir.

Qızarmış qidalar

Bütün işlənmiş qidalar, kimyəvi maddələr, qatqı maddələri, süni dadlandırıcılar və qoruyucular bura daxildir. Bunlar həm uşaqlarda, həm də böyüklərdə ciddi beyin zədələrinə yol açır.

Dondurma

Aparılan bir çox araşdırma zamanı doymuş yağ və şəkərlə zəngin qidaların bilik və söz bacarıqlarını azaltdığını ortaya qoyub. Mütəxəssislər dondurma yemək yerinə təzə meyvə ilə hazırlanan soyuq qatıqların istifadəsini məsləhət görür.

Antrikot ət

Antrikot ətin ən çox sevilən yerlərindən biridir. Ancaq 170 qram antrikotda 12 qram doymuş yağ var. Doymuş yağların ürəklə yanaşı, alzheimer xəstəliyi riskini artırdığı və bilik səviyyəsinə mənfi mənada təsir etdiyi açıqlanıb.

Nikotin

Nikotin bir qida olmasa da, beyinə təsir edən güclü faktorlar arasında yer alır. Nikotinin zərərləri saymaqla bitmir. Orqanizmimizin ən əhəmiyyətli orqanı olan beyninizə qan getməsini əngəlləyir. Qan getməsə, oksigen də getməz.

Kiçik damarları tıxadığı üçün nevrotransmitterlərin inkişafına əngəl olur və fəaliyyətini əngəlləyir. Bu da sinir sistemini tükəndirir.

Konserv balıqlar 

Amerika Ürək Dərnəyi ürək sağlamlığı üçün həftədə 2 dəfə ton balığı istifadəsini tövsiyə edir. Ancaq konserv qutuda satılan ton balıqları sağlamlığa fayda yerinə, zərər verir. Konserv ton balıqlarının içərisində olan ağır metallar beyin sağlamlığına mənfi mənada təsir edir.

Fast food

Yaxın zamanda Montreal Universitetində aparılan bir araşdırma fast food məhsullarının beynin kimyasını dəyişdirdiyini ortaya qoyub. Bu da depressiyaya yol açır.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031