18,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,69 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Tbilisidə izdihamlı mitinq keçirilir -


Tbilisidə izdihamlı mitinq keçirilir -

10.06.2018 18:22
admin

İyunun 10-da Gürcüstan patlamentinin önündə yenidən mitinq keçirilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  "Öldürmə!" devizi altında keçirlən aksiyada müxtəlif şüarlar səslənir, əsasən hökumətin istefası tələb olunur.

Övladı keçən il dekabrın 1-də Tbilisinin Xorava küçəsində qətlə yetirilmiş Zaza Salavidze bildirib ki, Baş nazir Georgi Kvirikaşvili ilə keçirdiyi görüşdə hökumət başçısı cinayət işinin yenidən araşdırılacağını bildirmişdi. Görüşdən on gün keçməsinə baxmayaraq, əsas günahkarlardan heç kim məsuliyyətə cəlb olunmayıb: "Ona görə də hesab edirik ki, bütün olanlardan indiki hakimiyyət günahkardır və istefaya getməlidir".

Aksiyaya müxalifətdə olan siyasi partiyaların nümayəndələri də qoşulublar.

Hazırda parlamentin önündə 5 mindən çox insan toplaşıb. Rustaveli prospekti avtomobillərin hərəkəti üçün tam bağlanıb. Axşama doğru aksiya iştirakçılarının sayının bir neçə dəfə artacağı gözlənilir.

Məlumat üçün qeyd edək ki, 2017-ci il dekabrın 1-də Tbilisinin Vake yaşayış massivindəki Xorava küçəsində 51 saylı məktəbin iki 16 yaşlı şagirdi münaqişə zəminində bıçaqla qətlə yetiriliblər. Prokurorluq araşdırma zamanı əsl günahkarların məsuliyyətdən yayınmasına imkan yaratdığı üçün valideynlər və onların tərəfdarları aksiyalara başlayıblar. Aksiyalar nəticəsində artıq ölkənin Baş prokuroru istefaya göndərilib, 30-dan çox prokurorluq işçisi tutduqları vəzifələrdən kənarlaşdırılıblar.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *