21,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Siqareti tərgitməyin effektiv yolu


Siqareti tərgitməyin effektiv yolu

04.06.2018 23:11
admin

Pensilvaniya universitetinin Skot Halpernin başçılıq etdiyi tədqiqat qrupu elektron siqaretlərin siqareti tərgitməyə kömək etmədiyini müəyyən edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu haqda məqalə "New England Journal of Medicine" jurnalında dərc olunub.

Tədqiqatçılar öyrənib ki, siqareti tərgitmək üçün ən yaxşı vasitə həmin şəxsin pul mükafatı ilə şirnikləndirilməsidir.

Tədqiqatda altı minə yaxın siqaret çəkən şəxs iştirak edib. Könüllülər siqareti tərgitmə metodları əsasında bir neçə qrupa bölünüb.

Birinci qrupda olan insanlara sağlam həyat tərzinin faydaları ilə bağlı motivasiya verilib. İkinci qrupda olan insanlara nikotin plastırları və müxtəlif əczaçılıq preparatları təqdim olunub.

Üçüncü qrupda olan könüllülərə elektron siqaretlər verilib. Son iki qrupda yer alan şəxslərə isə nikotin plastırı və digər metodlarla yanaşı, siqareti tərgitməyə görə 600 dollar mükafat təqdim olunub.

Şərtə görə, onlar altı ay ərzində siqaretə yaxın durmamalı olublar. Əks təqdirdə testin sonunda  bu mükafatdan məhrum ediliblər.

Məlum olub ki, iştirakçılara adi yardımın təklif olunduğu qruplarda testin sonuna yalnız könüllülərdən 0,1 faizi siqaret çəkməyi tərgitib. Digər qruplarda bu göstərici 0,5-3 faiz civarında dəyişib. Ən yaxşı nəticə isə pul mükafatı olan qrupda qeydə alınıb.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Июнь 2018    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930