21,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » İnsanın böyük beynində genlər araşdırılır


İnsanın böyük beynində genlər araşdırılır

04.06.2018 23:58
admin

Alimlər insanın təkamül prosesində mühüm rol oynayan üç geni aşkar ediblər. Bu genlər beyin yarımkürəsinin böyüməsi və qavrama qabiliyyətinin artmasını, son nəticədə isə şüurlu insanın formalaşmasını şərtləndirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Cell" elmi jurnalında dərc olunmuş məqalədə bu genlərin 3-4 milyon il əvvəl yaşamış insanlarda, habelə meymunlarda olduğu müəyyən edilib. O dövrə aid daşlaşmış kəllə sümükləri üzərində aparılmış tədqiqat şimpanze, qorilla və oranqutanqların da beyin yarımkürəsinin genişlənmə prosesindən keçdiyini sübut edir. Lakin meymunda olmayan, yalnız insan beynində mövcud olan NOTCH2NL genlərinin aktiv olması şüurlu insanın meydana gəlməsinə səbəb olub.

Genetiklər müəyyən ediblər ki, NOTCH2NL genləri beyin qabığındakı neyron hüceyrələrində yerləşir və idrak, dil, yaddaş, məntiq və şüuru idarə edirlər. Belçikanın Brüssel Universitetinin professoru, neyrobioloq Pyer Vanderhaeqen qeyd edib ki, məhz onların sayəsində insan uzun təkamül prosesini keçərək bugünkü sosial varlıq səviyyəsinə yüksəlib. Onun sözlərinə görə, məhz NOTCH2NL genləri insanın meymundan fərqli və məməlilərin tamamilə orijinal növü olduğunu bir daha sübut edir.

Kaliforniya Universitetinin professoru, Santa Kruz Genom İnstitutu və Hovard Tibb İnstitutunda aparılan tədqiqatların rəhbəri Devid Haussler bildirib ki, təkamül nəzəriyyəsinin genealoji faktlarla zənginləşdirilməsi üçün əlavə tədqiqatlar aparılır. Onun sözlərinə görə, 4 milyon il əvvəl yaşamış və nəsli kəsilmiş Afar avstralopitekinin kəllə sümüyü üzərində aparılan araşdırma da bir çox suallara aydınlıq gətirəcək.

Alimlərin fikrincə, məhz NOTCH2NL genlərinin funksiyasının pozulması nəticəsində insanda autizm, şizofreniya, habelə başın anormal böyük, yaxud kiçik olması halları meydana gəlir.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Июнь 2018    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930