18,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,69 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Yayda dəri xəstəliklərindən qorun


Yayda dəri xəstəliklərindən qorun

03.06.2018 20:24
admin

Dəri xəstəliklərinə daha çox yay aylarında rast gəlinir. İnsanların təbiətlə daha çox təmasda olması onların çoxlu virusa yoluxmalarına gətirib çıxarır. Günəş şüası isə dəri xəstəliklərinin daha da ağırlaşmasına səbəb olur. Dəri xəstəliklərinin müalicəsi çox çəkir. Onlar zədələyici təsirə malikdirlər. Virus tez bir zamanda yayılır və bəzən də epidemiya xarakteri daşıyır. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, bəzən kiçik bir qızartı böyük, dəhşətli yaraya çevrilə bilər. Buna görə də dəri xəstəliklərinin qarşısını əvvəlcədən almaq vacibdir.

Piodermiya
Ağır dəri iltihabıdır. Xəstəlik zamanı dəridə irinli səpkilər əmələ gəlir. Bunların qarşısını ev şəraitində almaq mümkündür:

Təsirli məlhəm:
- Sürvə, nanə və çobanyastığından eyni miqdarda götürüb qarışdır. Qarışıqdan 3 xörək qaşığı götürüb, 4 stəkan suya töküb, yarım saat saxla. Sonra onu süz. Dəmlənmiş otu irinli səpkilərin üstünə düzüb, 20 dəqiqə saxla. Götürdükdən sonra, pambığı ayırdığın suya batırıb yaranı sil.

- Mərəçüyüdün (sparja) kökündən, gövdəsindən və ot hissəsindən götürüb qarışdır. Alınan qarışıqdan 3 çay qaşığı götürüb, 1 stəkan suya töküb, ağzıbağlı qabda 2 saat saxla. Bu məlhəmdən gündə üç dəfə olmaqla 2 xörək qaşığı içmək piodermiyanı sağaldır.

Çiban 
Müəyyən səbəblərdən dəridə əmələ gələn yaradır. Çibanın çıxmasına natəmizlik səbəb olur.

Yumurtalı dərman
- Bir yumurtanı təmiz qaba çırpıb, üstünə 1 çay qaşığı bal və azca un töküb qarışdır. Alınan məlhəmdən bir az götürüb, çibanın üstünə qoyub, tənziflə bağla. Məlhəmi hər 4 saatdanbir dəyişdir.

Dolama  
Kəskin irinli, böyük yaradır. Əsasən, barmaqda rast gəlinir. Vaxtında müalicə olunmasa barmaqda dərin iz qala bilər.

Yaranı sağaltmaq üçün:
Sənə 50 qr. kanifol, donuzun iç piyi və arı mumu lazım olacaq. İçərisi su ilə dolu olan qabı oda qoy. Su qaynayanda üstünə başqa bir qab qoyub, içərisinə arı mumunu və xırdalanmış kanifolu töküb, əriyənə qədər qarışdır. Sonda donuzun iç piyini əlavə edib ərit. Məlhəmi dolamanın üstünə qoyub, tənziflə sarı. 2 gündən sonra irin sağalacaq.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *