32,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » Azərbaycanda qeyri-adi hadisə: müəllim valideynləri məhkəməyə verdi - VİDEO


Azərbaycanda qeyri-adi hadisə: müəllim valideynləri məhkəməyə verdi - VİDEO

01.06.2018 23:12
admin

Müəllim şagirdinin atası ilə nənəsini məhkəməyə verdi. Milli.Az bildirir ki, maraqlı hadisə Goranboyun Nizami kəndində yaşanıb. Həmin kənddəki məktəbin idman müəllimi Tehran Tağıyev dərs dediyi 5-ci sinif şagirdi Bakir Babayevin atası Arif Babayevi və nənəsi Tamella Babayevanı məhkəməyə verib. İdman müəllimi valideynlərdən 12 min manat təzminat tələb edir.

Tərəflər arasında yaranan mübahisəyə isə dərs zamanı topun cırılması səbəb olub. Müəllim yararsız hala düşən topu yenisi ilə əvəz etmək üçün Bakir Babayevdən 10 manat gətirməsini, əks halda oyuna buraxılmayacağını deyib.

Bakir Babayev təhsil ocağında baş verənləri valideyinlərinə danışdıqdan sonra uşağın atası nənəsi ilə birgə məktəbə yollanıb, müəllimə öz iradlarını bildiriblər. Babayevlər məsələnin həll edildiyini düşünsələr də, müəllim onları məhkəməyə verib.

Məktəbin direktoru Mədət Qurbanlı isə tərəflər arasında mübahisənin onun otağında davam etdiyini bildirib. O, tərəfləri sakitləşdirməyə cəhd etsə də, buna nail ola bilmədiyindən gözətçini cağıraraq müəllim və valideynləri məktəbin həyətindən uzaqlaşdırıb. Direktor onlar arasında yaranan mübahisənin illərdir davam etdiyini bildirib.

Hadisə ilə bağlı idman müəllimi Tehran Tağıyevin isə mövqe bildirməkdən imtina edib. Qeyd edək ki, iyunun 8-də Goranboy Rayon Məhkəməsində iddia üzrə ilkin baxış iclası keçiriləcək. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda qeyri-adi hadisə: müəllim valideynləri məhkəməyə verdi

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Июнь 2018    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930