21,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,27 AZN

описание


» » "Bu, nə tərbiyəsizlikdir?" - İki məşhur arasında qalmaqal


"Bu, nə tərbiyəsizlikdir?" - İki məşhur arasında qalmaqal

01.06.2018 23:17
admin

Türkiyənin iki məşhur müğənnisi - Seda Sayan və Yusuf Güney arasında qalmaqal yaşanıb.  

Milli.Az axşam.az-a istinadən bildirir ki, Yusuf ötən gün qonaq olduğu "Seda Sayanla" proqramında özünə qarşı gördüyü hörmətsizliyi İnstaqram səhifəsində sərt şəkildə tənqid edib.

O, verilişin aparıcısı Seda Sayanı və komanda heyətini hesabında biabır edib. Güney proqramdan şəkil paylaşaraq , efirdə adının səhv yazılmasına etirazını bildirib:

"Televiziyadan başı çıxmayan ağılsız komanda... Mən dünyanın ən səmimi duyğuları ilə əsgər qardaşlarıma 8 gündə 16 konsert vermişəm. Amma siz "hansı məşhur harada, kiminlə görüntüləndi" kimi xəbərlər göstərirsiz. Hamının öz şəxsi həyatı var, buna sözüm yoxdur. 3 həftə dil tökdünüz proqramınıza gəldim. Demişdiz ki, tək qonaq mən olacam. Amma başqasını da çağırdız. Susdum.

Birinci hörmətsizliyiniz o oldu ki, 1 saat səhnə arxasında sizin maqazin xəbərlərindən gic-gic danışıqlarınızın bitməyini gözlədim. İkinci eyibiniz mənə yalan danışmağınız oldu, özəl qonaq kimi çağıracaqdız, studiyada başqası da var idi. Üçüncü eyibiniz isə 1 saatlıq proqramın 45 dəqiqəsini digər qonağı danışdırdız. Mən isə əsgərlərə verdiyim konsert barədə bir cümlə belə deyə bilmədim. Yenə susdum. Şəhid verdiyimiz halda, "Bu şou proqramdır, mahnı oxumalısan" dediniz, sözünüzü yerə salmayıb oxudum. Amma mahnım gedə-gedə araya reklam saldınız. Bu nə tərbiyəsizlikdir? Sizin kimi insanlara təəssüflər olsun".

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Июнь 2018    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930