10,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » Allah Təala hansı bəndəsini mələklərin yanında tərifləyir?


Allah Təala hansı bəndəsini mələklərin yanında tərifləyir?

30.05.2018 00:10
admin

Müqəddəs dinimiz cavanlara xüsusi əhəmiyyət və dəyər verən bir təlimdir. İslamın nəzərinə görə, insanın ruhi kamala çatması cavanlıq dövründə daha rahatdır. Peyğəmbərimiz (s) buyurur: "Allah Təala ibadət edən cavana görə Öz mələkləri yanında fəxr edir və buyurur: "Bəndəmə nəzər salın. Mənə görə nəfsi istəklərini kənara qoymuşdur"".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Sadiq (ə) buyurur: "Həqiqətən, Allah yanında ən sevimli insan - az yaşlı və xoş simalı cavandır ki, böyük Allahın itaət yolunda qərar tutmuşdur. Böyük Allah mələkləri yanında onunla fəxr edir və buyurur ki, bu, Mənim həqiqi bəndəmdir".

İmam Sadiq (ə) cavanlara xitab edərək buyurur: "Ey cavanlar! Təqvalı olun və hakimlərin yanına getməyin. Hakimlikdən düşənə qədər onları boş buraxın. İnsanları Allahın yerinə dost seçməyin. Allaha and olsun ki, mən sizin üçün onlardan daha yaxşıyam".

Bu nurani kəlamında Həzrət (ə) cavanlara dörd tövsiyə verir:

1. Təqvalı olun.

2. Hakimlərin və məqam sahiblərinin ardınca olmayın.

3. Şəxsiyyətsizlik göstərməyin.

4. Bizi (Əhli-Beyti (ə)) həyatınızdan kənara buraxmayın ki, hər cəhətdən sizin mənfəətinizi təmin edərik.

İmam Sadiq (ə) öz xütbələrində tez-tez Loğmandan misallar çəkər və oğluna verdiyi nəsihətlərə işarə edərdi. Belə ki, Həzrət Sadiq (ə) buyurur: "Loğman oğluna deyir: "Oğlum, pis əxlaqdan və səbirsiz olmaqdan çəkin, çünki bu sifətlərlə dostluq möhkəm qalmaz. İşlərində təmkini və vüqarı qoru. Özünü qardaşlarına xidmət üçün vadar et. Bütün insanlarla əxlaqını gözəl et!"".

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031