10,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » İranlı qaçqınlar Azərbaycana doluşacaq -


İranlı qaçqınlar Azərbaycana doluşacaq -

30.05.2018 00:12
admin

ABŞ-ın İranın nüvə sazişindən çıxması islam respublikasında sosial partlayışa səbəb ola bilər. Bu baş versə nəticədə Qafqaz iranlı qaçqınlarla dolacaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, belə bir bəyanatla Rusiyanın Liberal-demokratlar partiyasının lideri Vladimir Jirinovski çıxış edib.

Onun sözlərinə görə, ABŞ öz sanksiyaları ilə İranın iqtisadiyyatını sarsıtmağı bacarmayacaq, belə ki, İranın xarici təsirlərə davamlı iqtisadiyyatı var. Ancaq dini qruplar arasında ixtilafın təhriki nəticəsində, ölkədə sosial qeyri-sabitlik meydana gələ bilər.

Jirinovski İranda  sünilərlə şiyələr arasında uzun illərdən bəri dini ixtilafların yaşandığını diqqətə çatdırıb.

"Bəs iranlılar hara qaçsınlar? Ancaq şimala: onlar Gürcüstan, Ermənistan və Azərbaycana doluşacaq. Onlarla hətta Rostov-na-Donuda da qarşılaşa biləcəksiz. Biz onları özümüzdən divarla ayıra bilmərik axı".

Liberal-demokratların lideri eyni zamanda dünyada vahid siyasi düzən qurmaq cəhdlərinə görə ABŞ-ı tənqid atəşinə tutub.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031