10,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » Böyük alim, ona hörmətsizlik edən həyat yoldaşını niyə cəzalandırmırdı?


Böyük alim, ona hörmətsizlik edən həyat yoldaşını niyə cəzalandırmırdı?

29.05.2018 22:20
admin

Mərhum Şeyx Kaşifül-Ğita Əhli-Beyt (ə) məktəbinin böyük fəqihlərindən olmuşdur. İslam dininin böyük alimləri onun dilindən deyərdilər: "Əgər Əhli-beytin (ə) bütün fiqh kitablarını çaya atsalar və o da dənizə gedərsə və Əhli-Beyt (ə) davamçısının əlində bir vərəq belə fiqh kitabı olmazsa, əvvəlki fiqhdən tutmuş axırıncısına qədər mənim sinəmdədir. Hamısını bayıra çıxardaram ki, onları yazsınlar".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu alim həm də mərcəyi-təqlidlərdən olmuşdur. Böyük alimlər eşitmişdilər ki, onun həyat yoldaşı evdə özünü yaxşı aparmır və ərinə hörmət etmir. Ona görə də böyük alimlərdən beş nəfəri yığışıb onun evinə gedirlər.

Alimə deyirlər: "Biz elə bir şey eşitmişik ki, gərək sizdən soruşaq. Həyat yoldaşınız bəzən sizə hörmətsizlik edirmi?".

Buyurdu: "O, ərəbdir. Qüdrəti vardır və bəzən əsəbiləşən zaman mənə hörmətsizlik edir. Mən isə onun qarşısını almıram".

Deyirlər: "Əgər belədirsə, ona təlaq verin".

Alim deyir: "Xeyr, vermərəm".

Deyirlər: "Onda icazə verin biz həyat yoldaşlarımızı göndərək ki, ona ədəb qaydasını öyrətsinlər".

Deyir: "Yox, buna da icazə vermirəm".

Deyirlər: Nə üçün?

Deyir: "Bu qadın - mənim evimdə olan Allahın böyük nemətidir. O zaman ki, bayıra çıxıram və Əmirəl-mömininin (ə) hərəmində dayanıram və mənim arxamda namaz qılırlar, bəzən buna görə bir qədər özümlə qürrələnirəm.

O ki, gəlirəm evə və hörmətsizliklə rastlaşıram - həmin lovğalığım aradan gedir.

Bu, İlahi çubuqdur və gərək həmişə mənim başımın üstündə olsun".

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031