13,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,28 AZN

описание


» » “İstirahətdə olarkən, xəbərsiz qar üstlərinə gəlib” -


“İstirahətdə olarkən, xəbərsiz qar üstlərinə gəlib” -

17.05.2018 13:35
admin

Qubada itkin düşmüş alpinistlərin meyitləri tapılıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, ötən ilin dekabrın 17-dən FHN-nin peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində ötən gün saat 18:00 radələrində axtarış işlərinin aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 2 kişi və 1 qadın meyiti aşkar olunub.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, "Gilavar" hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar. 

Anar Alxanov (xilasetmə qrupunun komandiri): "Qarın 4 metr dərinliyində aşkar etdik. Əvvəlcə Baburu, sonra Fəridə xanımı, ardınca da Namini".

Toğrul Mehdiyev (qrup rəhbəri): "Qarın altında az bir dəyişiklik olub, amma hər üçü tanınacaq haldadır. İstirahətdə olduqları zaman, xəbərsiz qar üstlərinə gəlib. Qərərgahdan 6 km aralı olublar".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *