17,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » Məşhur turnirdə qalmaqal -


Məşhur turnirdə qalmaqal -

17.05.2018 13:57
admin

İtaliyanın paytaxtı Romada keçirilən "WTA Internazionali BNL d'Italia" turnirində böyük qalmaqal yaşanıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, mükafat fondu 3,2 milyon avro olan turnirin 1/16 finalında 26 yaşlı çex tennisçi Karolina Plişkova 22 yaşlı yunan Mariya Sakkari ilə qarşılaşmışdı.

3-cü, həlledici setdə hesab 5:5 40/40 olanda hakim çex tennisçinin qaytardığı topun auta çıxdığını bəyan edib. Plişkova isə topun korta dəydiyini deyib.

Plişkova hakimin qərarına etiraz edib, hətta korta supervayzeri də çağırıb. Amma onun etirazları qəbul olmayıb.

Bundan sonra əsəbi oynayan Karolina dalbadal iki qeymi uduzub, matç da 6:3, 3:6, 5:7 hesabla Sakkarinin xeyrinə başa çatıb.

Hakimdən narazı qalan Plişkova matçdan sonra referinin əlini sıxmayıb. Əksinə, o, raketkası ilə hakimin "qülləsi"nə bir neçə zərbə endirib, raketkanı və hakimin kətilini sındırıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məşhur turnirdə qalmaqal - hakimə qəzəbləndi, kətili sındırdı

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *