17,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » Yeni qurğu bütün məqamları qeydə alacaq


Yeni qurğu bütün məqamları qeydə alacaq

17.05.2018 09:51
admin

Almaniya tələbələri istifadəçinin gözünü qırpması zamanı ətraf dünyanı çəkən "Augenblick" adlı qurğu hazırlayıblar. Qurğu göz ətrafında əzələlərin yığılmasına reaksiya verən kamera və ötürücülərlə təchiz edilən eynəkdən ibarətdir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "Augenblick" Bremen Ali İncəsənət Məktəbinin tələbələri Manasse Pinsuvan və Rene Henrixin diplom layihəsidir. Tərtibatçıların sözlərinə görə, kamera tərəfindən insanların gündə gözlərini min dəfə qırpması zamanı nəzərdən qaçırılan hər şey qeydə alınır. Qurğu istifadəçinin buraxdığı hər ayrıca kadrı yazır. Yüksək həssaslığa malik sensor göz ətrafında əzələlərin yığılmasına reaksiya verərək onu kadrı yazmağa başlamaq üçün siqnal kimi qəbul edir. Kadrın qeydə alınması yalnız göz yenidən açılan zaman dayanır.
 
Qurğu yaradıcıları layihənin potensial imkana malik olduğunu qeyd edirlər. Videomaterialın montajından məlum olub ki, insan gün ərzində gözünü qırpması nəticəsində minlərlə məqamı nəzərdən qaçırır ki, bundan da qurğu istifadəçisinin həyatı haqqında gündəlik sənədli film yaratmaq olar.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *