13,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,28 AZN

описание


» » Dron və süni intellekt meşədə ağac növlərini "seçəcək"


Dron və süni intellekt meşədə ağac növlərini "seçəcək"

17.05.2018 09:59
admin

Yaponiya tədqiqatçıları Kioto şəhəri yaxınlığında meşədə müxtəlif növ ağacların avtomatik müəyyənləşdirilməsi üçün pilotsuz uçan aparat və süni intellekt texnologiyasından istifadə ediblər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, mütəxəssislər tərəfindən meşədə 7 müxtəlif ağac növünün avtomatik identifikasiyası üçün adi dron və xüsusi proqram təminatından istifadə olunması nəticəsində ağac növlərini 89 faiz dəqiqliklə müəyyənləşdirmək mümkün olub. Bu halda ən vacib məsələ odur ki, belə nəticəyə nail olmaq üçün multispektral kameralar kimi bahalı avadanlıq tətbiq edilməyib.

Məlumata görə, Kioto Universitetinin tədqiqatçıları kamera ilə təchiz edilən "DJI Phantom 4" pilotsuz uçan aparatından yararlanıblar. Aparat Kioto yaxınlığında sahəsi 47 hektar təşkil edən meşə üzərində 80 metr hündürlükdə uçaraq şəkillər çəkib. Bundan sonra mütəxəssislər fotoşəkillərdən ortoqrafik proyeksiya yaradıblar; onun üzərində yalnız ağac çətirləri saxlanıldıqdan sonra növlərin müəyyənləşdirilməsi üçün alqoritmdən istifadə olunub.

Bildirilir ki, proqram təminatı ümumilikdə 7 obyekt sinfini - 6 müxtəlif ağac növünü (bir sinfə iki müxtəlif şam ağacı daxil olub) və digər qalan obyektləri (ağaclar arasında torpağın və ya süni strukturların, məsələn, binaların daxil olduğu ayrıca sinif) müəyyənləşdirilib. Nəticədə neyron şəbəkəsi ağac növlərini 89 faiz dəqiqliklə identifikasiya edib. 

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *