28,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » Sürücülərin diqqətinə: cərimələri ödəməsəniz, bunları edə bilməyəcəksiniz - VİDEO - FOTO


Sürücülərin diqqətinə: cərimələri ödəməsəniz, bunları edə bilməyəcəksiniz - VİDEO - FOTO

16.05.2018 17:31
admin

Nazirlər Kabineti "Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə"də dəyişiklik edib.

Milli.Az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı süjet hazırlayıb.

Dəyişikliyin bir hissəsinə əsasən, müddəti, vaxtı bitən sürücülük vəsiqəsini yeniləmək istəyən şəxs, ilk növbədə, barəsində tərtib olunmuş cərimə protokollarını ödəməlidir. Cərimələri ödəməsə, vəsiqəsini yeniliyə bilməyəcək.

Müsbət haldır, yoxsa mənfi haldır, belə dəyişikliyin olması?

Elməddin Muradlı - ekspert: "Mənfi tərəfi sürücülərə sərf etmir. Çünki onlar cərimə ödəmədən vəsiqəni dəyişmək istəyər. Amma qanun baxımından normal haldır".

Bəs belə hallar dünyanın başqa ölkələrində necədir? Onlarda da sürücünün cəriməsi olarsa, vəsiqəsini dəyişmirlər?

Azər Allahverənov - ekspert: "Bizə yaxın dövlətlərdə vəsiqə dəyişildiyi zamanı sistemə daxil olurlar. Cəimə olunarsa, tövsiyyə edirlər. Rusiyada tövsiyə xarakteri daşıyır".

Belarusiyada isə sürücülük vəsiqəsi dəyişdirilən zaman əgər sürücünün cəriməsi varsa, ona heç gözünün üstündə qaşın var deyən də olmur. Ona görə olmur ki, sürücü vəsiqəsini verən qurumla, sürücülərin qayda pozuntusuna görə cərimələrini alan qurum ayrıdır, bir-birlərinin işinə qarışmırlar. Qurumların məsuliyyətləri ayrıdır. Məsuliyyətdən danışmışkən, sürücülük vəsiqəsi pasport, şəxsiyyət vəsiqəsi və digərləri kimi sənəddir, sənəd həm də məsuliyyətdir.

Əhməd Qəşəmoğlu - sosioloq: "Bizdə sənədə məsuliyyət artmalıdır. Təəssüf ki, bu barədə çatışmazlıq var. Bu işə orta məktəbdən başlanılmalıdır".

Yəni bizə uşaqlıqdan öyrətməlidirlər ki, sənədinlə bağlı cərimən olsa, vaxtında ödə ki, sonradan problemlə rastlaşmayasan. Bu da məsələnin sosial tərəfi.

Bax belə, qanun var, dəyişiklik artıq edilib. Biz də bunu izah etdik. Nəticə olaraq, sürücülər daha diqqətli olsunlar, cəriməni vaxtında ödəsinlər ki, sürücülük vəsiqəsini dəyişdirməklə bağlı hər hansı problem yaşamasınlar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Suruculuk vesiqesinin deyishdirilmesinde yenilik

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Май 2018    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031