17,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » 8 aylıq Leyla niyə öldürüldü? -


8 aylıq Leyla niyə öldürüldü? -

16.05.2018 13:09
admin

Övladını itirən dərdli ana nalə çəkir, ağlayır. Amma onun dərdinə kimsə çarə edə bilməz. Zəhərli qazın tətbiqindən sonra qaçıb övladını qurtarmağa çalışan ana yıxılır, övladını bağrına basır. Hər tərəfdə qaz dumanıdır.

8 aylıq Leyla qazdan zəhərlənir, boğulub ölür.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 8 aylıq fələstinli Leyla əl Qəndur Fələstinin Qəzza bölgəsinin İsrail ilə sərhədində, fələstinlilərin "Böyük Qayıdış Yürüşü"ndə dünyasını dəyişib.

Onun anası, 17 yaşlı Məryəmin dediyinə görə, yüz minlərlə fələstinli təki, o da ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürülməsinə etiraz olaraq yürüşə qatılmışdı.

İsrail hərbçilərinin rezin güllələr, gözyaşardıcı qazlar, sonra da gerçək güllələrdən istifadə etməsi nəticəsində aksiyaya qatılmış fələstinlilərdən 60 nəfər həlak olub, 2700 nəfər yaralanıb.

Həlak olanlar arasında 8 aylıq Leyla da vardı.

29 yaşlı əlil Saber əl Əşkar kimi. Aksiyaya əlil arabasında qatılan Saber İsrail hərbçilərinə sapandla taş atanda güllələnib.

Britaniyanın baş naziri Tereza Mey İsrailin hərəkətlərini pisləyib və Qəzza bölgəsində baş verənlərin araşdırılması üçün müstəqil beynəlxalq komissiyanın yaradılmasını təklif edib.

Meyin təklifini Almaniya və Belçika da dəstəkləyiblər.

Belçikanın baş naziri Şarl Mişel bu gün bəyanat verərək İsrailin Qəzzadakı əməllərini "yolverilməz" adlandırıb. Fransa prezidenti Emmanuel Makron da İsraili pisləyib, qətllərdə suçlayıb.

Lakin BMT-nin Təhlükəsizlik Şurasının toplantısında ABŞ səfiri Nikki Heyli İsraili dəstəkləyib, Təl-Əvivin hərəkətlərinə haqq qazandırıb.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *