13,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,28 AZN

описание


» » Xəzinə tapdılar, qonşuya qaytardılar - VİDEO - FOTO


Xəzinə tapdılar, qonşuya qaytardılar - VİDEO - FOTO

16.05.2018 14:16
admin

Evin arxasındakı həyətdə kolların yerini dəyişəndə, qızılgül sarmaşığı kolunun arxasında paslı dəmir qutu tapıblar. tapıblar.

Qutu seyf idi. Onlar seyfi sındıranda pul, ləl-cəvahirat görürlər.

Milli.Az CBS2NY-a istinadən bildirir ki, olay ABŞ-ın Nyu-York şəhərinin Steyten-Aylend səmtində yaşanıb.

Seyfdə 52 min dollar nağd pul, nefrit, brilyant və almaz qaşlı zinət əşyaları, habelə bir neçə nişan üzüyü vardı.

Mettyu və Mariya-Kollon Emmanuellər qısa araşdırmadan sonra müəyyənləşdiriblər ki, seyf qonşuya məxsusdur.

2011-ci ildə oğrular qonşunun evini qarət ediblər və onun seyfini uzağa apara bilmədikləri üçün yan həyətə basdırıblar.

Metyu və Mariya seyfi qonşuya qaytarıblar.

"Əvvəlcə elə bildik ki, kabel qutusudur. Lakin sonradan seyf olduğunu gördük. İçində də almaz, brilyant, nefrit, yaqut qaşlı üzüklər, pul vardı. Bir kağız parçasında, sənəddə ünvan da vardı. Ünvanı oxuyanda evin qonşuluqda yerləşdiyini anladıq və seyfi sahibinə təhvil verdik", - Mettyu Emmanuel deyib.

Seyfin olduğu yerdə indi çini fil heykəlciyi durur.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *