17,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » Asan və tez hazırlanan desertlər


Asan və tez hazırlanan desertlər

16.05.2018 08:00
admin

İsti yay aylarında sərin qidalara ehtiyac duyulur. Bu zaman asan hazırlanan desertlər köməyə çatır.

Milli.Az axşam.az-a istinadən bir neçə desertin hazırlanma qaydasını təqdim edir:

Meyvəli desert

Tərkibi:

Portağal - 1 ədəd

Banan - 1 ədəd

Üzüm - 100 qr

Şaftalı - 2 ədəd

Çiyələk - 5 ədəd

Şokolad - 1-2 dilim

Qaymaq - 50 qr
Hazırlanma qaydası:

Bütün meyvələri xırda-xırda doğrayın, sonra yaxşıca qarışdırıb desert qablarına yığın. Hazır çərəzin üzərinə bərk köpük halına qədər çalınmış qaymaq əlavə edin. Deserti şokolad dənələri ilə bəzəyin.

Kəsmikli desert

Tərkibi:

4 çay qaşığı jelatin

3 portağal

250 qram 30-35%-li qaymaq

3 xörək qaşığı bal

1 stəkan portağal şirəsi

300 qr kəsmik

Hazırlanma qaydası:

Bir qabda jelatini yarım stəkan su ilə isladın. Portağalın qabığını soyun və bir az suda 15 dəqiqə qaynadın. Kəsmiyin üzərinə 3 xörək qaşığı bal və 1 stəkan portağal şirəsi əlavə edib mikserlə çalın. Qaymağı ayrı qabda mikserlə qarışdırın. Soyulmuş portağal qabığını kəsmiyə əlavə edin. Jelatini bir az qızdırın və qaymaqla birlikdə kəsmikli qarışığa əlavə edin. Portağalları qabıqdan təmizləyin və dilim formasında doğrayın. Dördkünc formalı qaba qida kağızı qoyun üstünə portağal dilimlərini düzün. Qarışımı portağalların üstünə əlavə edin. 12 saat soyuducuda saxlayın. Sonra üzərinə sürtgəcdən keçirilmiş portağal qabığını səpin.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *