6,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,96 AZN
10 RUB = 0,26 AZN

описание


» » Elon Muskın reallaşdırmaq istədiyi ən maraqlı 3 layihə


Elon Muskın reallaşdırmaq istədiyi ən maraqlı 3 layihə

17.04.2018 09:59
admin

SpaceX və Tesla Motors ilə hərkəsin tanıdığı Elon Musk-un gələcək üçün bir çox planı var. Amma bunlardan 3-ü reallaşmağa daha yaxındı və insanlıq üçün daha faydalı olacaqdır. Hal-hazırda SpaceX şirkətinə 500 milyon dollar dəyərində investisiya ayıran Elon Musk bu 3 layihəni reallaşdırmağı planlayır. Hesablamalara görə, SpaceX şirkətinin ümumi bütçəsi 27.5 milyard dollar dəyərindədir. Technote olaraq, SpaceX şirkətinin ən maraqlı və reallaşması planlanan 3 layihəni sizlərə təqdim edirik.

1. Starlink         

Milli.Az technote.az-a istinadən bildirir ki, SpaceX şirkətinin ən böyük layihələrindən biri olan Starlink Yer planetinin ətrafına 12 min ədəd peyk göndərərək, istənilən nöqtəni limitsiz internet ilə təmin etməkdir. Musk bunu kəsintisiz internet təcrübəsini insanlara yaşatmaq üçün istədiyini vurğulayır. Əlbəttə, 12 min ədəd peykin istehsalı və dövlətlərin buna icazəsi biraz çətin məsələ kimi görünür, amma Musk-un dediyinə görə Starlink layihəsi baş tutarsa, insanları ən az məbləğ qarşılığında internet ilə təmin edə biləcəklər.

2. Big Falcon Raketi    

6 Fevralda bildiyimiz kimi SpaceX şirkəti Falcon Heavy raketlərini işə saldı. Bu tarixdən sonra sızdırılan məlumatlara görə, Musk mühəndislik mənbələrinin çox hissəsini BFR adlı bir sistemə fokuslayır. Açılışı Big Falcon Rocket olan və Mars-a bir-başa 100 nəfər insan və 150 tona qədər yük daşıya bilən bu raketin dəfələrlə istifadəsi nəzərdə tutulur. Yəni eniş etdiksən sonra təkrar istifadəyə yararlı olacaq. Ayrıca 348 metrlik təkrar fırladıla bilinən sistemə malik olan bu raket SpaceX üçün önəmli addım olacaq.

3. Ən sürətli nəqliyyat vasitəsini təmin etmək.    

Musk bu layihə haqqında danışarkən deyir ki, "Əgər biz bu texnologiyaları Ay və ya Mars-a getmək üçün istifadə ediriksə, niyə dünyanın başqa bir nöqtəsinə sürətli şəkildə getmək üçün istifadə etməyək? ". Yayımlanmış bir SpaceX videosuna görə, insanlar 25 dəqiqə ərzində Los Angelos-dan New York-a, 27 dəqiqə ərzində Bangok-a,29 dəqiqə ərzində London-a, 40 dəqiqə ərzində isə Dehli və San-Francisco kimi yerlərə uça bilərlər. Shotwell-in dediklərinə, irəlidəki 10 il ərzində bu sistem tətbiq edilməyə hazır olacaq və insanlar istifadə edə biləcəklər.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031