9,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,69 AZN
1 EUR = 2,1 AZN
10 RUB = 0,3 AZN

описание


» » "Azəri Qardaşları" Rusiyada dünya rekordu qırdılar - FOTO


"Azəri Qardaşları" Rusiyada dünya rekordu qırdılar - FOTO

14.02.2018 13:48
admin

Rusiyanın "Birinci" kanalında efirə gedən "Ya moqu!" yarışmasında çıxış edən "Azeri Brozers" ("Azəri Qardaşları") yenə münsiflər heyətini və tamaşaçıları təəccübləndirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qardaşlardan Hüseyn Pəhləvanoğlu boğazının üstünə qoyulmuş beldə çəkisi 60 kq-dan çox olan adamı 10 saniyədən çox saxlayıb.

Daha sonra o, iki mismarın üzərinə uzanıb və qarın boşluğuna qoyulan yabanın üzərinə çıxan 100 kiloluq adamı 30 saniyə saxlayıb.

Digər qardaş Laçın Pəhləvanoğlu isə kəsici iti baltanın üzərinə üzüaşağı - boğazı üstə uzanıb. Öz çəkisi 85 kq olan Laçının eyni vaxtda boyun hissəsinə iki ağır daş qoyulub. Ümumi çəkisi 114 kq olan yükü boynunda beş saniyə saxladıqdan sonra iki zərbə ilə qırıblar.

Ümumilikdə onlar 10 nömrə nümayiş etdiriblər. Lakin bu nömrələr təhlükəli olduğundan hamısının efirə gedəcəyi gözlənilmir. Lakin göstərilən nömrələr üzrə azərbaycanlı pəhləvanlar dünya rekordu qırıblar.

Bunun nəticəsində onlara Rusiya Rekordlar Federasiyası tərəfindən sertifikat və təxminən 10 min manat məbləğində pul mükafatı təqdim olunub.

Qeyd edək ki, onların son çıxışı efirdə fevralın 23-ü buraxılışında olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Февраль 2018    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728