29,6 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » Apple "ağıllı" diş fırçası təqdim etdi - VİDEO


Apple "ağıllı" diş fırçası təqdim etdi - VİDEO

20.01.2018 08:41
admin

"Colgate" şirkəti yalnız "Apple" şirkətinin mağazalarında və saytında satışa çıxarılacaq "ağıllı" "E1" diş fırçasını nümayiş etdirib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni fırça "Colgate Connect" mobil əlavəsi vasitəsilə "iOS" əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğularla sinxronlaşır. İstifadə prosesində fırça istifadəçinin dişləri necə təmizləməsini izləyir və ağız boşluğunun xəritəsini tərtib edərək təmizlənməyən nahiyələr barədə məlumat verir.

Bundan başqa, "Colgate Connect" əlavəsi dişlərə düzgün qulluqla bağlı tövsiyələr verir, fırça isə ərpləri daha effektiv təmizləməyə imkan verən "səsli vibrasiya"lar yaradır. Gənc istifadəçilər üçün əlavədə quraşdırılmış "Go Pirate" oyunu da nəzərdə tutulub. Oyunda əldə olunan qəpiklərin sayı uşağın dişlərin təmizlənməsinə sərf etdiyi vaxtdan asılı olur.

"Colgate E1" bu növ təqdim olunan ilk məhsul deyil. Əsas "ağıllı" fırçalar istehsalçısı "Kolibree" şirkətidir və "Colgate" saytına görə, yeni fırçada "Kolibree" texnologiyasından istifadə olunub. Həmçinin, "Colgate" fırçası funksionallığına görə "Kolibree Ara" fırçasını xatırladır. Fırçaların əsas fərqi onların qiymətindədir. Belə ki, "Colgate E1" fırçasının "Apple Store" mağazasında qiyməti 99 dollar təşkil etdiyi halda "Android" əməliyyat sistemli qurğuya qoşulma imkanına malik "Ara" fırçası 129 dollara satılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Май 2018    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031