-1,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,94 AZN
10 RUB = 0,26 AZN

описание


» » Smartfon istehsalı 6,5% artıb


Smartfon istehsalı 6,5% artıb

13.01.2018 08:21
admin

"TrendForce" analitiklərinin məlumatına görə, 2017-ci ildə smartfon istehsalçıları ümumilikdə təxminən 1,46 milyard aparat istehsal ediblər ki, bu da 2016-cı ilin göstəricisini 6,5% ötür.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bununla belə, cari ildə mütəxəssislər zəif artım tempi proqnozlaşdırırlar, çünki smartfon istehsalçıları komponentlərin bahalaşması səbəbindən xərclərin artması ilə üzləşəcəklər. "TrendForce" şirkətinin qiymətləndirməsinə görə, 2018-ci ildə smartfonların illik istehsal həcmi 5% yüksələrək 1,53 milyard aparat təşkil edəcək.

Ayrı-ayrı şirkətlərin nəticələrini xarakterizə edən analitiklər bildiriblər ki, 2017-ci ildə smartfon sahəsinin lideri "Samsung" şirkəti ötən ilin nəticəsini 3% yaxşılaşdıraraq 320 milyon aparat istehsal edib. Mütəxəssislər hesab edirlər ki, 2018-ci ildə Cənubi Koreya nəhəngi smartfon bazarında birinci yeri qoruyub saxlayacaq, amma xəbərdarlıq edirlər ki, həm yüksək dərəcəli aparatlar seqmentində, həm də ucuz qurğular kateqoriyasında güclü rəqabət baxımından "Samsung" smartfonlarının istehsal həcmi 3% azalacaq.

Dünyada ikinci böyük smartfon istehsalçısı olan "Apple" korporasiyası 2017-ci ildə "iPhone" istehsalını 3% artırıb. Analitiklər 2018-ci ildə 7,5%-lik artım proqnozlaşdırıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Ноябрь 2018    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930