5,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,11 AZN
10 RUB = 0,28 AZN

описание


» » Təcavüzə uğrayıb öldürülən Zeynəbə görə aparıcı efirə azyaşlı qızı ilə çıxdı - VİDEO - FOTO


Təcavüzə uğrayıb öldürülən Zeynəbə görə aparıcı efirə azyaşlı qızı ilə çıxdı - VİDEO - FOTO

12.01.2018 12:51
admin

Pakistanda yanvar ayının 5-də itkin düşən məktəbli qızın təcavüzə uğradıqdan sonra boğularaq öldürüldüyü barədə məlumat vermişdik.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, 6 yaşlı Zeynəbə təcavüz edib, öldürən şəxs hələ də azadlıqdadır.

Pakistanda qızın təcavüzə uğradığı xəbərini eşidən sakinlər etiraz aksiyası keçirib. Yüzlərlə etirazçı günahkarların tutulmasını tələb edir.

Sosial şəbəkərlərdə Zeynəblə bağlı posterlər yayılıb, günahkarın edam edilməsi istənilir.

Təcavüz hadisəsi Zeynəbin ailəsi Həcc ziyarətində olarkən baş verib. Təcavüzə uğradıqdan sonra öldürülən qızın cəsədi yol kənarından tapılıb. Əvvəllər qızın 8 yaşının olduğu deyilsə də, qızın ailəsi onun 6 yaşında olduğunu söyləyib.

Hadisədən sonra xəbərlər verilişinin aparıcısı Kiran Naz efirə azyaşlı qızı ilə çıxıb. O, öz qucağına aldığı qızı ilə izləyicilərin qarşısına çıxaraq təcavüzü qınayıb, qatilin tapılmasını tələb edib.

"Bu gün mən Kiran deyiləm. Anayam. Ona görə qızımla birlikdə efirə çıxmışam. Bəli, bu düzdür ki, ən balaca tabutlar ən ağır olur və Pakistan xalqı da bu kiçik tabutun ağırlığını hiss edir".

O, daha sonra bildirib ki, Zeynəbin ailəsi Məkkədən onun üçün oyuncaq alarkən, cani ona təcavüz edib, öldürüb.

"Bu, sadəcə, bir qızın təcavüzü və öldürülməsi deyil. Bu insanlığa qarşı törədilmiş cinayətdir. İnsanlıq ölüb".

Cinayətlə bağlı axtarışlar davam edir. Hadisənin baş verdiyi Kusar vilayətinin polis rəisi işdən çıxarılıb. Polis bildirib ki, bu hadisə Kusar vilayətində baş verən 12-ci təcavüz hadisəsidir. 

Qeyd edək ki, keçirilən etiraz aksiyaları nəticəsində iki Pakistan vətəndaşı həlak olub.

Bəxtiyar Umarlı
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Aparıcı efirə azyaşlı qızı ilə çıxdı - Təcavüzə uğrayıb öldürülən Zeynəbə görə

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *