5,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,11 AZN
10 RUB = 0,28 AZN

описание


» » Tramp Londona getməyəcək -


Tramp Londona getməyəcək -

12.01.2018 10:49
admin

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyaya rəsmi səfərini qeyri-müəyyən müddətə təxirə salıb. O, Birləşmiş Ştatların Londondakı səfirliyinin yeni binasının təntənəli açılış mərasiminə qatılmaq üçün fevralda Britaniyaya səfər etməliydi.

Səfər 26-27 fevralda baş tutmalıydı.

Milli.Az CBS-yə istinadən bildirir ki, 2017-ci ilin yanvarında, Donald Trampın inauqurasiya mərasimindən az sonra Britaniyanın baş naziri Tereza Mey Vaşinqtona yollanmış, ABŞ prezidentini Britaniyaya rəsmən dəvət etmişdi.

Fəqət, bu səfərin tarixi hələ də razılaşdırılmayıb. Hətta Londonun cənub-qərbində ABŞ-ın yeni səfirlik kompleksinin təntənəli açılış mərasimi ilə bağlı qısamüddətli səfər də olmayacaq.

Donald Trampın əvəzinə Londona ABŞ-ın dövlət katibi Reks Tillerson yollanacaq.

Dauninq-strit rəsmiləri olayla bağlı heç bir şərh vermirlər.

Donald Trampın səfərdən imtinası ilə bağlı bir neçə versiya var. Həmin versiyalardan birinə görə, Donald Tramp 23-26 yanvarda Davosdakı forumdan cəmi bir neçə həftə sonra Britaniyaya yollanmaq istəmir.

Digər, daha geniş yayılmış versiyaya görə, ABŞ prezidenti Londona yollanacağı təqdirdə onu gözləyəcək kütləvi etiraz aksiyalarından çəkinir.

Ötən ilin noyabr ayının sonunda ABŞ prezidentinin Twitter-dəki profilində yaydığı tvit Britaniyada böyük qəzəb doğurmuşdu. Həmin tvitdə Tramp Britaniyadakı ultrasağçı, faşist "Britain First" təşkilatını faktik olaraq reklam etmişdi.

Britaniyanın baş naziri Tereza Mey islamofob tvitə görə D.Trampı sərt tənqid etmişdi.

Həmin tvitdən sonra Britaniya parlamentində hətta Trampın ölkəyə girişinin yasaqlanması tələb olunmuşdu.

Bütün bunlarla yanaşı, Britaniyanın təqribən 2 milyon vaətəndaşı xüsusi bəyannamə imzalayaraq D.Trammın ölkəyə rəsmi səfərinin ləğvini tələb etmişdilər.

Tereza Mey ilə yanaşı, Britaniya kraliçasının da dəvətini qulaqardına vuran Donald Trampın Britaniyaya səfərdən imtinasının əsl səbəbinin isə onun Londonda görüşə hazırlığın səviyyəsi və statusundan narazılığı olduğu deyilir.

ABŞ prezidenti səfərini təxirə saldığını təsdiqləyib.

O, Twitter-dəki profilində yazıb: "Londona səfərimi təxirə salmağımın səbəbi ölkənin əvvəlki prezidenti Barak Obama administrasiyasının işini təqdir etməməyimdir. Bu administrasiya Londondakı səfirliyimizin binasını dəyər-dəyməzinə satdı ki, şəhərin kənarında 1,2 milyard dollara yeni səfirlik binası tiksin. Çox pis sövdələşmədir. Mərasimdə lenti kəsməyimi istəyirdiniz? Yox!"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *