23,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 1,99 AZN
10 RUB = 0,27 AZN

описание


» » "ABŞ-a murdar dəliklərdən miqranqtlar gərək deyil" -


"ABŞ-a murdar dəliklərdən miqranqtlar gərək deyil" -

12.01.2018 11:24
admin

ABŞ prezidenti Donald Trampla bağlı yeni qalmaqal yaşanır. O, Ağ Evdə nazirlər, senatorlar və konqresmenlərlə toplantı zamanı Birləşmiş Ştatlara miqrantların gəldiyi ölkələrin bəzilərini "murdar dəlik"lər adlandırıb.

Milli.Az CNN-ə istinadən bildirir ki, miqrasiya və immiqrasiya problemlərinin müzakirəsi zamanı senator Dik Durbin bir sıra ölkələrin, o cümlədən Haitinin və  Salvadorun adını çəkəndə Donald Tramp soruşub: "Axı nə üçün bəziləri Haitidən və Afrika ölkələrindən Amerikaya miqrantların gəlmələrini istəyirlər? Belə murdar dəliklərdən gələn miqrantlara ehtiyac yoxdur".

Tramp Haitini və digər ölkələri "murdar dəlik" ("shithole countries") adlandırandan sonra deyib: "ABŞ-a Norveç kimi yaxşı ölkələrdən miqrantların gəlməsini təqdir edirəm".

Donald Trampın açıqlaması çox böyük qalmaqala səbəb olub.

Washington Post-un məlumatına görə, Ağ Ev prezidentin məhz bu rüsvayçı ifadə işlətdiyini etiraf edib.

"Vaşinqtonda bəzi siyasətçilər başqa dövlətlərin maraqları uğrunda mübarizə aparmağa üstünlük verirlər. Lakin prezident Tramp həmişə Amerika xalqının mənafeyi uğrunda mübarizə aparır", - ABŞ prezidentinin administrasiyasının yetkilisi Rac Şah deyib.

Donald Trampın miqrantlarla bağlı mövqeyi ABŞ-da kəskin etirazlara səbəb olub. Vaşinqton və daha 15 ştat qeyri-qanuni miqrantların uşaqlarına yardımları nəzərdə tutan dövlət proqramının dayandırılması barədə qərarına görə D.Trampı məhkəməyə veriblər.

D.Tramp "Green Card" lotereyasının da ləğvini tələb edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Июнь 2018    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930