8,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,08 AZN
10 RUB = 0,3 AZN

описание


» » Terrorçulara ən müasir dronları kim verib? - VİDEO - FOTO


Terrorçulara ən müasir dronları kim verib? - VİDEO - FOTO

12.01.2018 11:43
admin

"Belə texnologiyalara malik İŞİD dünyanın istənilən ölkəsində terror aktlarını reallaşdıra bilərlər".

Suriyadakı Hmeymim aerodromuna pilotsuz uçan aparatlarla (PUA və ya dron) hücumu şərh edən Rusiyanın Müdafiə Nazirliyinin keçirdiyi brifinqdə belə deyilib.

Milli.Az bildirir ki, yanvarın 6-da terrorçular Hmeymimdəki aerodroma dronlarla hücum ediblər. Hmeymimə 10, Suriyanın Tartus limanında Rusiyanın Hərbi-Dəniz Qüvvələrinin bazasına isə 3 dron yönəldilmişdi.

Dronların hamısı radioelektron mübarizə və hava hücumundan müdafiə vasitələri ilə zərərsizləşdirilib. 7 dronu "Pansir-S" zenit raket-artilleriya kompleksləri məhv edib, 6 dronu radioelektron mübarizə hissələri zərərsizləşdirib.

3 dron yerə endirilib.

Terrorçular dronları 50 km uzaqdan buraxıblar və bu zaman GPS koordinatları ilə hədəfə yönəltmə texnologiyasından istifadə ediblər.

"Ələ keçirilmiş dronların texniki ekspertizası göstərir ki, terrorçular belə hücumları 100 kilometr uzaqdan da reallaşdıra bilərlər, - Rusiya Müdafiə Nazirliyinin generalları söyləyiblər. - Belə dronlar zahirən sadə və kustar təsir bağışlasalar da, çox yüksək səviyyəli mütəxəssislər tərəfindən hazırlanıb. Təyyarə tipli dronlar onu da göstərir ki, terroçulara ən müasir texnologiyalar verilib. Onlar dünyanın istənilən ölkəsində dronlardan istifadə etməkdə teraktları gerçəkləşdirə bilərlər".

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının döyüş pilotsuz uçan aparatların istehsalı və inkişaf idarəsini rəisi, general Aleksandr Novikovun dediyinə görə, Suriyadakı hərbi obyektlərə yönəldilmiş dronlardakı bombalarda heksogendən daha güclü partladıcı maddədən istifadə olunub. Həmin maddə tetranitropentaeritrit və ya TEN-dir.

TEN ev şəraitində, kustar yolla hazırlana bilməz. O, bir sıra ölkələrdə, o cümlədən Ukraynada, Şostkinsk kimyəvi reaktivlər zavodunda istehsal olunur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Минобороны РФ: Дроны боевиков были оснащены самыми современными технологиями

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Январь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031