15,9 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,71 AZN
1 EUR = 2,09 AZN
10 RUB = 0,28 AZN

описание


» » Zəfəralının namaz qılmağı


Zəfəralının namaz qılmağı

08.01.2018 18:18
admin

(Hekayə)
 

Xəlilabad kəndinin sayılıb-seçilən kişilərindən olan Zəfəralı ömrünün ahıl çağında namaz qılmaq - Allaha ibadət etmək qərarına gəlir. Fikirləşir ki, 60 yaşı var, artıq Uca Yaradana ibadət etməyin zamanıdır. Hələ üstəlik, özünü tənbeh də edir ki, gərək gənclik illərindən namaz qılardı. Düşünür ki, hələ də gec deyil. O, ibadət etmək istəyini arvadı Səkinəyə bildirir:

- Ay arvad, istəyirəm namaz qılam. Bəlkə Allah indiyənə qədər etdiyim günahları bağışlayar. Gec də olsa, Allaha ibadət etmək istəyirəm. Həm də bilirsən də, namaz qılmaq özü də bir sağlamlıqdır.

Səkinə:

- Nə yaxşı, ay kişi, səni şadxəbər olasan. Sənin namaz qılmağını mən lap çoxdan arzulayırdım. Qismət olsun, mən də namaz qılacam. Allah qəbul eləsin qılacağın namazı. Şükür sənə, İlahi, bizim kişi də ibadət əhli olacaq.

Zəfəralı bir qədər fikrə gedəndən sonra:

- Ancaq bir problem var...

- Nə problem, ay kişi?!

- Bilmirəm, şiə namazı qılım, ya sünni... Görəsən, hansı namaz Tanrı dərgahında qəbul olunur?

- Zəfəralı, qurban sənə, sağ tərəfdəki qonşumuz hacı Mahmud sünni namazı, sol tərəfdəki qonşumuz məşədi Tapdıq isə şiə namazı qılır. Get, onlarla məsləhətləş, gör onlar nə deyir, nə məsləhət görürlər, - deyə Səkinə cavab verir.

Arvadının məsləhətinə qulaq asan Zəfəralı əvvəlcə hacı Mahmudgilə gedir. O məsələni qonşusu hacıya danışır.

Hacı Mahmud:

- Ay Zəfəralı, məgər sən bilmirsən ki, əsl, düzgün namaz sünnilərin qıldığı namazdır?! Məndən sənə məsləhət, get, sünni namazı qıl! Özü də sənin anan sünni olub. Bilirsən ki, ana müqəddəsdir. Peyğəmbərimiz də buyurub ki, Cənnət anaların ayağı altındadır.

Hacı ilə sağollaşan Zəfəralı üz tutur şiə qonşusu məşədi Tapdığın yanına və niyyətini məşədi qonşusuna da bildirir. Məşədi Tapdıq israrla Zəfəralını inandırmağa çalışır ki, o şiə namazı qılsın, çünki doğrusu budur.

- Ay qonşu, əvvəla namaz qılmaq istəyinə bir məşədi dindar kimi çox sevindim. Vallah, əhsən. Sən namaza başla, sonra arvadın Səkinəni, oğlunu, qızını da namaza gətir. İbadət etməkdən gözəl nə var? İstəməzsən öləndən sonra cənnətə gedəsən? Yoxsa, cəhənnəm odunda yanmaq yaxşıdır?

Zəfəralı:

- Əlbəttə, cənnətə getmək istəyirəm. Kim cəhənnəm odunda yanmaq istəyər ki?

-  Ay sağ ol. Ölənlərin oldu rəhmətlik. Cənnətə düşmək istəyirsənsə, namaz qıl, özü də şiə namazı. Dediklərimə qulaq as, peşman olmazsan. Sənin atan şiə olub, sən də gərək şiə namazı qılasan.

Zəfəralı Məşədi ilə sağollaşıb, evinə dönür. Ərini fikirli görən Səkinə soruşur:

- Ay kişi, nə olub? Hacı ilə məşədi nə dedilər?

- Arvad, hacı Mahmud dedi ki, sünni namazı qıl, doğrusu budur. Məşədi Tapdıq isə hacının dediyinin əksini dedi. Dedi ki, əgər mən şiə namazı qılmasam, ibadətim Tanrı dərgahında qəbul olunmayacaq.
 

Zəfəralı başında bu fikirlər dolaşaraq dərin yuxuya gedir. Onun yuxusuna ağ paltarlı, nurani bir kişi girir:

- Zəfəralı, sənin niyyətin təmizdir, tərəddüd etmə. Necə namaz qılmaq istəyirsənsə qıl, əsas odur niyyətindən dönmə. Ən əsası insanlığını unutma! Quranda "Həcc" surəsinin 78-ci ayəsində deyildiyi kimi, (Ey möminlər!) Allah yolunda layiqincə cihad edin. O (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı - atanız İbrahimin dini (dinində olduğu) kimi. (Ey Muhəmməd ümməti!) Allah bundan (Quran nazil olmamışdan) əvvəl də, bunda (Quranda) da sizə müsəlman adını verdi ki, (qiyamət günü) Peyğəmbər (dinin təbliği, sizin ona iman gətirməyiniz, itaət etməyiniz barədə) sizə, siz də (əvvəlki peyğəmbərlərin Allahın hökmlərini öz ümmətlərinə çatdırdıqları halda) insanlara şahid olasınız. Elə isə (vaxtlı-vaxtında) namaz qılın, zəkat verin və Allaha sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir!

Anar Məcidzadə

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində       

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Апрель 2018    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30