16,5 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,09 AZN
10 RUB = 0,3 AZN

описание


» » Saxta reseptlərin qarşısı BU YOLLA alınacaq - MARAQLI LAYİHƏ - FOTO


Saxta reseptlərin qarşısı BU YOLLA alınacaq - MARAQLI LAYİHƏ - FOTO

05.01.2018 23:10
admin

Çexiyada Səhiyyə sistemi əhalinin sağlamlığını qorumaq və saxta reseptlərin qarşısını almaq məqsədilə "eResept" - Elektron resept layihəsi hazırlayıb.

Milli.Az xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb. Sözügedən layihə hazırda ölkənin Ostrava şəhərində aktiv şəkildə istifadə olunmağa başlayıb.

Elektron resept - üzərində ağ bar kodu və dərman adlarının yazıldığı kağızı xatırladır. Nazirlik nümayəndəsinin fikrincə, sistem genişləndikcə, elektron reseptin tətbiq edilməsi daha da sərfəli olacaq.

Çexiyada elektron reseptlərin tətbiq edilməsinə 2018-ci ildən etibarən daha çox diqqət ayrılacaq. Artıq apteklər müştərilərə dərmanları bu üsulla verir.

Yeni sistem layihəsi barədə açıqlama verən Çexiyanın səhiyyə naziri Adam Voytehin sözlərinə görə, sistemin praktik işində ciddi problemlər yoxdur. Yeni qaydalara əsasən, Çexiyada həkimlər yazdıqları bütün reseptlərin bir nüsxəsini mütləq şəkildə mərkəzi məlumat bazasında saxlamalıdırlar.

Nazir onu da qeyd edib ki, yeni layihənin hazırlanmasında məqsəd ötən ilə qədər ölkədə 450 mindən çox saxta həkim reseptinin aşkarlanması olub:

"Elektron sistem mövcud xoşagəlməz halların qarşısını almaq üçün əvəzolunmaz vasitə olacaq. Elektron resept (e-resept) köməyilə, həkim xəstəyə müalicəvi dərman preparatları yaza bilər. Elektron reseptlərin smartfonlara SMS vasitəsilə göndərilməsi üçün bir sıra işlər gedir. Yaxın zamanda bu problem də öz həllini tapacaq". (publika.az)

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Январь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031