15,8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,26 AZN

описание


» » Bu ölkədə kişilərin qadınlardan çox maaş alması QADAĞAN EDİLDİ


Bu ölkədə kişilərin qadınlardan çox maaş alması QADAĞAN EDİLDİ

03.01.2018 21:05
admin

İslandiyada da Yeni ildən etibarən qeyri-adi qanun layihələri qüvvəyə minib. Belə ki, gender bərabərliyinin yüksək səviyyədə tətbiq edildiyi ölkədə yanvar ayının 1-dən başlayaraq, istənilən iş sektorunda kişilərə qadınlardan daha çox əmək haqqı yazılması qadağan olunub.

Milli.Az xəbər verir ki, İslandiya parlamentinin yarıdan çoxunu qadın deputatlar təşkil etdiyi üçün bu cür qanun layihəsinin nə vaxtsa qüvvəyə minməsi gözlənilən hal olub.

Parlament üzvlərinin qərarına əsasən, işə götürən şirkətlərdə, özəl və dövlət müəssisələrində əmək haqqları qadın və kişilər arasında bərabər olaraq bölüşdürüləcək.

Bundan əlavə, təqdim edilən qanun layihəsinə əməl edəcəklərini sübut etmək üçün, şirkət rəhbərlikləri xüsusi sertifikat almalı olacaqlar. Əks halda, sertifikatı olmayan iş yerləri qanunsuz işçi götürdüyü üçün məsuliyyətə cəlb olunacaqlar.

İsveçrə və ABŞ-da analoji tədbirlərin tədqiq edildiyi nəzərə alınsa da, İslandiyanın bu qanunu məcburiyyət halına gətirməsi dünyada bir ilkə imza atmasına gətirib çıxardı. Yeni qanunun qüvvəyə minməsi, 2022-ci ilə qədər İslandiyada kişilər və qadınlar arasındakı əməkhaqqı bərabərsizliyini tamamilə aradan qaldıracaq.

"Dünya İqtisadi Forumu"nun (WFE) 2017-ci il üçün dərc etdiyi "Qlobal Gender Bərabərzisliyi" haqqında hesabata görə, İslandiya son 9 ildə gender bərabərliyini tətbiq etməyə çalışan ölkələr sırasında ən ön sıralarda yer alır.

Əmək haqqı bərabərsizliyini tamamilə ortadan qaldırması məsələsinə İslandiyanın Sosial İşlər Naziri Sorsteyn Viqlundsson öz çıxışında, bərabərlik haqları insan haqlarıdır deyə bildirib:

"İş yerində kişi və qadınlara bərabər şəkildə münasibət bəslənməlidir. Gender bərabərliyini tətbiq etmək və bu hədəfi reallaşdırmaq üçün əlimizdən gələn hər şeyi etməliyik".

"International Bussiness Times"da 323 min əhalisi olan İslandiyada bütün siyasi partiyaların bu qanun layihəsini dəstəklədiyi yazılıb. (publika.az)

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031