9,4 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,11 AZN
10 RUB = 0,28 AZN

описание


» » Macar filmi "Oskar" mükafatına iddiaçıdır


Macar filmi "Oskar" mükafatına iddiaçıdır

03.01.2018 19:49
admin

"Bədən və ruh haqqında" (Testről és lélekről) adlı macar dramı sayca 90-cı olacaq "Oskar" mükafatının "Əcnəbi dildə ən yaxşı film" nominasiyasında 9 filmdən ibarət iddiaçılarının siyahısına salınıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, builki "Əcnəbi dildə ən yaxşı film" müsabiqəsinə 92 ölkə öz filmini təqdim edib. Bu filmlərin arasından beşi seçilərək yanvarın 23-də elan ediləcək.

Rejissor İldiko Enyedinin Macarıstan Milli Kinofondunun dəstəyi ilə çəkdiyi film artıq Berlin Beynəlxalq Kinofestivalında "Qızıl ayı" adlı baş mükafatı, həmçinin Beynəlxalq Kino Mətbuatı Federasiyasının və münsiflər heyətinin mükafatını qazanıb. Bundan əlavə, Aleksandra Borbeli bu filmdəki işinə görə Avropa Kino Akademiyasının ən yaxşı aktrisa mükafatına layiq görülüb.

Daha əvvəl də Macarıstanın iki filmi əcnəbi dildə ən yaxşı film nominasiyasında "Oskar" əldə edib. Bunlar İştva Sabonun "Mefisto" kinolenti, digəri isə Laslo Nemeşin "Saulun oğlu" filmidir.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Апрель 2018    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30