8 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,95 AZN
10 RUB = 0,26 AZN

описание


» » Facebook-un reklamçılıq prinsipləri:


Facebook-un reklamçılıq prinsipləri:

02.01.2018 22:10
admin

"Facebook" sahibi olduğu "Instagram", "Messenger", "WhatsApp" kimi platformalar ilə sosial media məkanının böyük bir hissəsinə sahibdir. "Facebook" məhsullarını reklamlar sayəsində pulsuz sata bilir. İllərdir deyildiyi kimi, bu sayədə xidmətlərini hər kəsə pulsuz təklif edir.

Milli.Az facemark.az-a istinadən bildirir ki, reklam və istifadəçi bazası internet nəhənginin təməl motivlərini təşkil edir.

Şirkət də vəziyyətdən xəbərdardır və buna uyğun olaraq həmlələr etməyə davam edir.

"Facebook"un reklam məhsulları üzrə vitse-prezidenti Rob Goldman tərəfindən "Reklamçılıq Prinsiplərimiz" adlı yazı yazılıb. Məqalədə məhsullarını necə inkişaf etdirdiklərinə, şəffaflığa, cəmiyyət standarlarına uyğunluğa, məlumatlardan necə istifadə edildiyinə, istifadəçilərə nəzarət mexanizmlərinə, bütün ölçülü müəssisələrə verdikləri töhfələr və s. məsələlərinə toxunulub.

Reklam məqsədləri üçün istifadə edənlərə tanış ola biləcək bu prinsiplər yüksək səviyyəli icraçı tərəfindən dəyərləndirilməsi yazıya əlavə dəyər qazandırıb.

"Facebook"un da əsas hədəfi reklam axını olaraq istifadə etdiyi platformalarında istifadəçilərə maraqlı və faydalı reklamlar göstərə bilməkdir.

Reklamçılıq komandası, istifadəçilərin öz kontentlərinə uyğun reklamlar görməsi və və balans yarada bilməsi də platformanın sağlam işləməsinə səbəb olur.

Yayımlanan yeni məqalə ilə bərabər, bazarın böyük, kiçik fərq etmir istənilən markası ilə əməkdaşlıq etməsi və onların satışlarının artmasına, daha çox işçiyə ünvanlanmasına və böyüməsinə kömək olur.

"Facebook"un Reklamçılıq Prinsipləri də daim dəyişən dünya və axında hər kəsə yol göstərmək məqsədi daşıyır.

"Facebook"un Reklamçılıq Prinsipləri:

- Məhsullarımızın mərkəzində daim insan faktoru dayanır

- İnformasiyalarınızı satmırıq

- Gördüyünüz reklamları idarə edə bilərsiniz

- Reklamçılıq şəffaf olmalıdır

- Reklamçılıq etibarlı və xoş olmalı, diskriminasiyaya yol verilməməlidir

- Reklamçılıq həm böyük, həm də kiçik şirkətlərə güc verməlidir

- Reklamçılığımızı daim inkişaf etdiririk

İstifadəçilərindən pul almayan "Facebook" bunu reklamların hesabına edə bilir. Ancaq reklamların məhsulun təcrübəsinin bir qolu kimi dəyərləndirilməsini daha düzgün hesab edir. Reklamların maraq doğurabiləcək və faydalı olması istənilir. Çünki, istifadəçi bezdirici və faydasız reklam gördükdə, onunla əlaqəyə keçmir. Nəticədə, həm reklamverən, reklama görə pul qazanan "Facebook", həm də istifadəçi heç nə qazanmamış olur.

Şirkət ad, "Facebook" postları, e-mail adresi, telefon nömrəsi kimi şəxsi məlumatları satmır. İnsanların şəxsi həyatlarını qoruyaraq reklam verənlərin də sizinlə əlaqəli mövzular üzərində fokuslanmasına kömək olur.

"Facebook" "timeline"da qarşılaşdığımız reklamları asan şəkildə gizləmək üçün seçim imkanı da təklif edir. Sevmədiyiniz bir reklamverəndən gələn bütün reklamlar beləliklə, bloklanır. "Facebook", reklam göstərənlərin kim olduğunu, başqa reklamların olub-olmadığını istifadəçilərə paylaşmaq üçün şəffaflıq mövzusunda da inkişaf edir.

Bununla da, bir "Facebook" səhifəsini ziyarət edən reklamverən digər reklamları da görəbiləcək. Bununla həm şəffaflıq artırılacaq, həm də reklamverənin reklamlara görə məsuliyyətli olması təmin ediləcək.

Başqa tərəfdən, cəmiyyət standardlarında olduğu kimi nifrət, zorakılıq, təhdid, digər zərərli davranışlara qarşı reklamlarda da tolerantlıqla qarşılanmır. Hətta, mövzu reklamlar olanda şirkət daha sərt mövqedə dayanır.

Kiçik və yerli şirkətlərin böyük şirkətlər kimi "Facebook"un reklam platformasını istifadə etməsi də şirkətin əsas prinsipləri arasındadır. Beləliklə, kiçik reklamverənlərin də hədəf kütləsinə çatmaq, işlərini böyütmək, məşğulluq yaratmaq üçün "Facebook"dan faydalana bilir.

"Facebook"un son prinspilərində biri də mütəmadi olaraq yeniliklər etməsi və uğurlu sahələrə investisiya etməsi ilə bağlıdır. Texnoloji inkişaf, istifadəçi vərdişləri və yeniliklər də şirkətin daimi olaraq dəyişməsinə səbəb olur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031