17,1 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,97 AZN
10 RUB = 0,26 AZN

описание


» » Facebook haqqında doğru bildiyimiz


Facebook haqqında doğru bildiyimiz

02.01.2018 20:10
admin

Sosial medianı analiz edən "Socialbakers" şirkəti "Facebook" ilə əlaqədar 24 maddədən ibarət hesabat hazırlayıb.

Milli.Az facemark.az-a istinadən həmin maddələri təqdim edir.

Birinci

Səhv: Təhlükəsiz "Facebook" şirkət profili üçün ehtiyacınız olan tək şey, səhifə yaratmaq və onu mütəmadi olaraq doldurmaqdır.

Doğru: "Facebook"da markanın tanıdılması uzunmüddətli əmək tələb edir. Etməli olduğumuz səhifə yaradıb onu mütəmadi olaraq doldurmaqdan ibarət deyil. "Facebook" xüsusilə mesajlarına sürətli və daima cavab verən markaları mükafatlandırır.

İkinci:

Səhv: Nə qədər göndəriş edərsəniz, bir o qədər təsir dairəniz artacaq.

Doğru: Təcrübə göstərir ki izləyici sayı az olan markalarda paylaşım artıqca, təsir dairəsinin azalması baş verir. İstifadəçiləri kontent ilə boğmamaqda fayda var.

Üçüncü:

Səhv: İzləyicilərimiz ancaq ən son paylaşımlarımızı görür.

Doğru: Paylaşımlar daim yenilənmə ilə deyil, postlarınız və bəyənilmə sayına görə səhifəni üstündə yer alır.

Dördüncü:

Səhv: "Instagram"dan fərqli olaraq istifadəçilər "Facebook"a daha çox masa üstü kompüterlərdən daxil olurlar.

Doğru: 2016-cı ilin dekabrında şirkətin açıqladığı rəqəmlərə görə, platformanın 1,23 milyard aktiv istifadəçiləri mövcuddur. Bunun 1,15 milyard nəfərinin telefonunda "Facebook"un mobil tətbiqi mövcud idi.

Beşinci:

Səhv: "Facebook" sadəcə B2C marketoloqlar üçün faydalı bir platformadır.

Doğru: "Facebook" istifadəçilərinin 73%-i platformanı işə görə istifadə etdiklərini bildirir. Platforma get-gedə professional və şəxsi məlumatların axtarıldığı yerə çevrilir.

Altıncı:

Səhv: İnsanlar "Facebook"da "Twitter"ə məxsus olan həştəqlərdən istifadə etmir. Buna lüzum da yoxdur.

Doğru: "Facebook" istifadəçiləri də həştəqlərdən istifadə edir. Həştəqlər göndərdiklərinizin axtarışda çıxması üçün önəmlidir.

Yeddinci:

Səhv: "Facebook"da reklamverənlərin çox hissəsi bunu izləyici və təsir dairəsini artırmaq üçün edir.

Doğru: "Socialbakers" hesabatına görə, "Facebook" reklamverənlərinin çox hissəsinin əsl məqsədi "website conversion", yəni istifadəçiləri əsas sayta yönləndirməkdir.

Səkkinci:

Səhv: Video populyarlaşdıqca, marketoloqların büdcələrinin böyük qismi video reklamlarına ayrılmağa başlandı.

Doğru: Video reklamlarına ayrılan büdcə 2015-2016-cı illər arasında 150% artsa da, "Socialbaker"in hesabatına görə, reklamverənlərin ümumi büdcənin yalnız 12%-ni videolara ayrırlar.

Doqquzuncu:

Səhv: Uzun videolar "Facebook" üçün əlverişlidir, çünki istifadəçinin marağını uzun müddət özlərində saxlamağı bacarırlar.

Doğru: Video uzandıqca, sonuna qədər baxılma ehtimalı da o qədər azalır. 60 saniyədən uzun videoların sadəcə 10%-ini sonuna qədər izlənilir.

On:

Səhv: "Facebook" videolarına "subtitle" əlavə etmək faydasızdır. İnsanları narahat edir.

Doğru: "Facebook" istifadəçilərinin 85%-i videoları səsini açmadan izləyir. Bu vəziyyətdə "subtitle"lərin lazım olub-olmadığını soruşmağa belə lüzum yoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031