9,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,08 AZN
10 RUB = 0,3 AZN

описание


» » Alimlər orqanizmin bədən çəkisini tənzimləyən daxili sistemini aşkar ediblər


Alimlər orqanizmin bədən çəkisini tənzimləyən daxili sistemini aşkar ediblər

31.12.2017 15:57
admin

İsveçin Göteborq şəhərindəki universitetin bir qrup alimi apardıqları sınaqlar çərçivəsində orqanizmin bədən çəkisini tənzimləyən daxili sistemini aşkar edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, alimlər qeyd edirlər ki, onlar üzərində təcrübə aparılan siçanların bədəninə müəyyən olunmuş kapsullar yerləşdirməklə eksperiment keçiriblər. Tədqiqatçıların sözlərinə görə, iki həftə sonra kapsul implant edilmiş gəmiricilər qida qəbulunu azaldıb ki, bu da öz növbəsində çəkilərinin gözə çarpacaq dərəcədə azalması ilə nəticələnib.

O da qeyd edilib ki, üzərində təcrübə aparılan siçanlar onların bədəninə yeridilmiş kapsulların ağırlığı qədər çəki itirib.

Beləliklə, alimlər qənaətə gəlib ki, orqanizmdə çəkinin artmasını tənzimləyən mexanizm var. Bu mexanizm bir müddət sonra beyinə qida qəbulunun azaldılması siqnalını yollayır. Alimlər hesab edir ki, bu prosesə müxtəlif onurğalı heyvanlarda, o cümlədən insanda ilik sümüyündə olan xüsusi hüceyrələr - osteotsitlər tərəfindən nəzarət edilir.

Tədqiqatların nəticələri "Proceedings of the National Academy of Sciences" elmi jurnalında dərc olunub.

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Январь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031