25,7 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 2,1 AZN
10 RUB = 0,3 AZN

описание


» » 2017-ci ildə övlad sevinci yaşayan məşhurlar - FOTO


2017-ci ildə övlad sevinci yaşayan məşhurlar - FOTO

29.12.2017 07:28
admin

2017-ci ildə dünyanın bir çox məşhur simaları övlad sevinci yaşayıb.

Milli.Az xəbər verir ki, məşhurlardan bəziləri ilk övladlarını qucağına alsa da, bəziləri 3-4, hətta 9-cu dəfə valideyn olub.

Dünyanın ən böyük sosial media qurumu olan "Feysbuk"un yaradıcısı Mark Zukerberq isə avqust ayında ikinci dəfə ata olub. O, şəxsi hesabından həyat yoldaşı Prisilla Çan ilə birgə fotosunu paylaşıb və körpəsinə Avqust adını qoyduğunu yazıb. Cütlük ilk dəfə 2015-ci ildə valideyn olub.

Bu il Hollivudun məşhur aktyoru Bredli Koper və "Viktoriya Sekret"in rusiyalı gözəli İrina Şeyk ilk dəfə valideynlik hissini dadıblar. Cütlüyün 21 martda qız övladı dünyaya gəlib. Koper 42, İrina isə 31 yaşında valideyn olub.

Bu il qucağına daha bir körpəsini alan məşhurlardan bir digəri isə "Cəhənnəm silahı", "Mad Maks", "Cəsur ürək" filmləri ilə ürəkləri fəth edən Mel Gibson olub. 61 yaşlı ulduz 9-cu dəfə ata olub. Onun oğlan övladı 26 yaşlı yazıçı sevgilisi Rozalinda Rossdan dünyaya gəlib.

İngiltərəli model Rozi Hantinqton ilə aktyor həyat yoldaşı Ceyson Stetham da bu il ilk övladlarının sevincini yaşayan məşhurlardan olub.

23 dəfə "Qrand Slam" mükafatı qazanaraq tennisdə adını zirvəyə yazdıran amerikalı idmançı Serena Vilyams bu il qız övladını dünyaya gətirib.

Amerikalı müğənni Canet Cekson 50 yaşında ana olub. Ancaq o, doğumdan 1 ay sonra həyat yoldaşından ayrılıb.

"Ceyms Bond" serialının "Spektr" bölümü ilə məşhurlaşan Lea Seydouks da ilk dəfə bu il ana olub.

İlin super ata ünvanı isə "Real"ın ulduzu Kriştiano Ronaldoya nəsib olub. Ulduz futbolçu bu il 3 dəfə ata olub. Aprel ayında daşıyıcı ana üsulu ilə əkiz övladlarına qovuşan ulduz, noyabr ayında daha bir övladını qucağına alıb. Onun daha öncə Kriştiano Cunior Ronaldo adlı bir oğlu da dünyaya gəlmişdi.

İlin ən gözlənilməz xəbəri isə müğənni Enrike İqlesiasdan gəlib. Müğənninin 16 ildir sevgili olduğu tennisçi Anna Kurnikovadan əkiz övladları dünyaya gəlib. (publika.az)

Milli.Az

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Февраль 2018    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728