-2,2 ° C

Qeydiyyat    Daxil ol
1 USD = 1,7 AZN
1 EUR = 1,92 AZN
10 RUB = 0,26 AZN

описание


» » Bu il Şaxta Baba ondan hədiyyə istəyən


Bu il Şaxta Baba ondan hədiyyə istəyən

19.12.2017 21:17
admin

Azərbaycanlı gənclər ucqar rayonlardakı uşaqları sevindirmək üçün maraqlı bir layihəyə imza atıblar. Bir qrup gəncin ərsəyə gətirdiyi baba.az layihəsi vasitəsi ilə bu il Azərbaycanın bölgələrindəki yüzlərlə məktəbli xeyirxah insanların köməyi ilə arzularındakı hədiyyələrə qovuşacaq. Bunun üçün öz bacarıqlarını böyük bir həvəslə videoya çəkib sayta göndərən uşaqların artıq hədiyyələrinin çox hissəsi də alınıb. İndi isə böyük bir həvəslə onun yolunu gözləyən uşaqlara şaxta babanın hədiyyələri çatdırması qalıb.

Kimisi rəqs edir, kimi şaxta baba üçün şeir deyir, kimi isə mahnı oxuyur.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, etdikləri bu canfəşanlığın qarşılığında isə Şaxta babadan müxtəlif hədiyyələr istəyirlər. Qızlar rəngli karandaş, çanta, oğlanlar isə şaxta babanın yeni ildə onlara oyuncaq maşın və velosiped kimi hədiyyələr gətirməsini gözləyir.
Fərhad Ələkbərovun layihəsi olan Baba.az saytının köməyi ilə şaxta baba bu il ucqar rayonlarda yaşayan yüzlərlə məktəbliyə hədiyyə aparacaq.Bunun üçün isə sadəcə həddiyyə istəyən məktəbli şaxta baba üçün öz bacarığından xırda bir nümunə göstərməlidir.
Layihənin meneceri Aysel Qədiməliyevanın sözlərinə görə, kampaniya start götürdüyü andan böyük maraqla qarşılanıb.Elə bir neçə gün ərzində sayta videosunu yerləşdirilən uşaqların əksəriyyətinin hədiyyəsi xeyirxah insanlar tərəfindən alınıb.
Layihədə iştirak edən uşaqların arzularını reallaşdırmaq üçün isə sadəcə sayta daxil olub oradan ala biləcəyiniz hədiyyəni seçmək kifayətdi. Daha sonra layihəyə cəlb olunan könüllülər həmin hədiyyəni sizdən götürərək şaxta baba vasitəsi ilə məktəblilərə çatdıracaq.
Videoları çəkib göndərməkdə isə bölgələrdə olan müəllimlər Əli Mansırlı və Ehtiram Safquliyev köməklik göstərir.
Hədiyyələrin və videoların qəbulu hələ dekabrın 26 -na qədər davam edəcək.Qeyd olunan müddət ərzində yüzlərlə uşağın arzularının reallaşması üçün bu işə cəlb olunan könüllülər sayt vasitəsi ilə hədiyyə və ianə qəbuluna davam edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Bu il şaxta baba ondan hədiyyə istəyən HƏR KƏSİ SEVİNDİRƏCƏK

Mənbə: milli.az

Комментарии:
Adı:*
E-Mail:
Comment:
Полужирный Наклонный текст Подчёркнутый текст Зачёркнутый текст | Выравнивание по левому краю По центру Выравнивание по правому краю | Вставка смайликов Вставка ссылкиВставка защищённой ссылки Выбор цвета | Скрытый текст Вставка цитаты Преобразовать выбранный текст из транслитерации в кириллицу Вставка спойлера
Введите два слова, показанных на изображении: *

Xəbərlərn təqvimi
«    Февраль 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728